DÇ-2026-nın açılış mərasimi ulduzlarla zəngin musiqi şousu ilə başlayıb.
QOL.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Meksikanın paytaxtı Mexikodakı “Estadio Azteca” stadionunda keçirilən mərasimdə məşhur müğənnilər Sakira və Burna Boy çıxış ediblər.
Onlar mundialın rəsmi himni olan “Dai Dai” mahnısını səsləndiriblər. Minlərlə azarkeşin izlədiyi şou turnirin startına xüsusi rəng qatıb.
Açılış mərasimindən sonra dünya çempionatının ilk oyunu keçiriləcək. Ev sahibi Meksika millisi A qrupunda Cənubi Afrika millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Mundial tarixində ilk dəfə turnirdə 48 milli komanda iştirak edir və ümumilikdə 104 oyun baş tutacaq.


“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”