Somalili FİFA hakimi Ömər Əbdülqadir Artanın ABŞ-a daxil ola bilməmısi və geri qaytarılması ilə bağlı yeni detallar üzə çıxıb.
QOL.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
DÇ-2026-nın oyunlarına təyinat alan Artan Mayamiyə Türkiyədən uçub. O, hava limanında əlavə yoxlamadan keçirilib. Yoxlamadan sonra somalili referinin ölkəyə girişinə icazə verilməyib.
Bununla da Ömər Artan dünya çempionatında iştirak edən ilk somalili hakim olmaq şansını itirib.
Qeyd edək ki, Artan daha əvvəl Afrikanın ən yaxşı hakimi seçilmişdi. Onun fəaliyyəti hətta FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina tərəfindən də yüksək qiymətləndirilmişdi.
FIFA məsələ ilə bağlı açıqlamasında hakimin DÇ-də iştirak etməyəcəyini təsdiqləyib və viza-miqrasiya prosedurlarının ev sahibi ölkənin səlahiyyətində olduğunu bildirib.
ABŞ tərəfi isə Artanın statusunun dəyişdirilməyəcəyini açıqlayıb. Daha əvvəl mundial iştirakçılarından bəzilərinin viza problemləri həll olunsa da, somalili hakimin məsələsində müsbət qərar verilməyib.
DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”