"Qarabağ" klubunun xatirəsinə Türkiyədə park salındı

"Qarabağ" klubunun xatirəsinə Türkiyədə park salındı
XƏBƏR 26 İyun 2011 / 23:20 1965
-  A +

"Qarabağ" klubunun xatirəsi hər ilin yayında təlim-məşq toplantısı keçdiyi Türkiyənin paytaxtı Ankaradan 80 km aralıdakı Qızılcahamamda əbədiləşdirilib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, dağlar qoynunda komandanın qaldığı 5 ulduzlu "Patalya" otelinin rəhbəri Okan Akçanın təşəbbüsü ilə Ağdam klubunun şəninə xatirə parkı salınıb.

"Qarabağ"ın xatirəsini əbədiləşdirmək üçün ərazidə boş yer ayrılıb və komanda üzvləri orada hər gün bir ağac əkib. Bundan sonra bütün "Qarabağ"lılar xatirə şəkli çəkdiriblər.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun