2026-cı il dünya çempionatında işləyəcək hakimlərin qazanacağı məbləğ məlum olub.
QOL.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb Bildirilib ki, mundialın baş hakimlərinə 70 min dollar, köməkçi hakimlərə isə 25 min dollar baza ödənişi veriləcək.
Bundan əlavə, qrup mərhələsində idarə olunan hər oyuna görə baş hakimlər 3 min dollar qazanacaqlar. Köməkçi hakimlər və VAR hakimləri üçün bu məbləğ 2,5 min dollar təşkil edəcək.
Turnirin pley-off mərhələlərində qonorarlar daha da artacaq. Belə ki, baş hakimlərin qazancı bir oyuna görə 10 min dollara, köməkçi hakimlərin gəliri isə 5 min dollara qədər yüksələ bilər.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”