“Kürasao dünya çempionatında iştirak edəcək ən kiçik ölkə olacaq. Lakin komandanın bütün futbolçuları Niderlandla bağlıdır və bu ölkənin mundiallarda zəngin futbol ənənəsi var. Buna görə də Kürasaonu zəif rəqib hesab etmək olmaz”.
QOL.az xəbər verir ki, bu sözlər “Reuters” agentliyində yayımlanan yazıdan götürülüb.
Qeyd edilir ki, Karib adası təmsilçisinin DÇ-də debüt edəcək 26 nəfərlik heyətində yalnız bir futbolçu Kürasaoda doğulub. Lakin həmin oyunçu – Tahith Chong da 10 yaşında Niderlanda köçüb. Digər 25 futbolçunun hamısı Niderlandda anadan olub.
Kürasao Niderland Krallığının özünüidarəetmə hüququna malik hissəsidir. Əhalisi 150 mindən bir qədər çox, ərazisi isə təxminən 443 kvadratkilometrdir. Komandanın bütün üzvləri Niderland vətəndaşıdır və onların tarixi uğurunun təməli Karib hövzəsində deyil, məhz Şimali Avropada qoyulub.
Bu uğurda əsas pay təcrübəli mütəxəssis Dik Advokata məxsusdur. O, əvvəlcə təklifi qəbul etməkdən imtina etmişdi. Çünki ada futbol federasiyası idarəetmə böhranı yaşayır və FIFAnın nəzarəti altında idi.
Advokat 2024-cü ilin yanvarında bu vəzifəyə təyin edildi və Kürasao köklərinə malik Niderland futbolçularını komandaya cəlb etməyə başladı. Bu isə millinin gücünü əhəmiyyətli dərəcədə artırdı.
Qızının xəstəliyi səbəbindən bu ili fevralında vəzifəsindən ayrılan və komandanı Fred Ruttenə təhvil verən Advokat may ayında yenidən baş məşqçi təyin olundu. O, əvvəllər üç dəfə Niderland millisinin baş məşqçisi olub, həmçinin 2006-cı il dünya çempionatında Cənubi Koreya yığmasını çalışdırıb.
Advokat əvvəlcə futbolçuların oyunlardan öncə mahnı oxuyub rəqs etməsinə əsəbiləşsə də, sonradan Karib ruhunu komandadan çıxarmağın düzgün olmadığını anladı. O hesab edir ki, məhz bu atmosfer futbolçuların maksimum potensialını ortaya qoymasına kömək edir.
“Biz quruculuğa başladıq, amma əvvəlcə ən sadə məsələlərə qayıtdıq”, – deyə Advokat bildirib.
“Bu uşaqların həvəsi və fədakarlığı ilə bağlı heç vaxt şikayətimiz olmayıb. Sadəcə, onlara əsas yaratmalı, təşkilatlanma gətirməli idik. Sevindirici hal idi ki, onlar bunu tez mənimsədilər və nəticə əldə etdilər”.

Ötən ilin noyabrında Yamaykada qazanılan qolsuz heç-heçə Kürasaoya qrup birinciliyini və dünya çempionatına vəsiqəni təmin etdi. İndi isə komanda Ekvador, Almaniya və Fil Dişi Sahili ilə birlikdə E qrupunda mübarizə aparacaq.
Bununla belə, Advokat komandasının imkanlarını da real qiymətləndirir:
“Sübut etmişik ki, bizi məğlub etmək asan deyil. Amma bu qrupdakı rəqiblərin səviyyəsi tam fərqlidir. Bilirik ki, çox çətin olacaq. Lakin futbolda mümkünsüz heç nə yoxdur”.
"Bayer"dən yeni transfer
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı
“Ailəmi rahat buraxmasanız, gedərəm!” - Kloppdan xəbərdarlıq
Defo 116 gün sonra istefaya göndərildi
“Üst pillələr üçün oynayacağıq” - Cavid Hüseynov
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi