Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Dinamo" Azərbaycan təmsilçisi "Bakı" ilə yoxlama oyunu keçirməkdən imtina edib.
Qol.Az-ın məlumatına görə, bu haqda «Dinamo»nun rəsmi saytı məlumat yayıb.
Xorvatların «Bakı»yla oyundan imtina etmələrinə səbəb Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın «Neftçi» klubunu onlara rəqib düşməsidir.
Qeyd edək ki, «Bakı»nın rəsmi saytı hələ Çempionlar Liqasının püşkatmasından əvvəl bu matçın iyulun 5-də Sloveniyada keçirilməsinin nəzərdə tutulması haqda məlumat yaymışdı.
Bu arada dünən futbolçularına iki günlük istirahət verən «Dinamo» iyulun 27-də təlim-məşq toplanışı keçirmək məqsədilə Sloveniyanın Maribor şəhərinə yollanacaq. Zaqreb klubunun futbolçularını yeni "ölüm ritmi" gözləyir.
İyulun 5-dək Sloveniyada olacaq Xorvatiya təmsilçisi "Rujemberok" və "Slask" Vrotslav klubu ilə yoxlama oyunları keçirəcək.
"Dinamo"nun növbəti hazırlıq prosesində bu futbolçular iştirak edəcəklər:
Qapıçılar: İvan Kelava, Filip Lonçariç, Oliver Zelenika;
Müdafiəçilər: Luis İbanes, Tomislav Barbariç, Domaqoy Vida, Tonel, İqor Bişçan, Leandro Kufre, Şime Vrsalko;
Yarımmüdafiəçilər: Matias Çaqo, Adrian Kalello, Yerko Leko, Ariyan Ademi, Milan Badel, Mateo Kovaçiç, Antun Paliş, İvan Tomeçak, Sammir, Alispahiç, Mario Şitum;
Hücumçular: Fatoş Beqiray, Yakub Silvestr, İvan Krstanoviç, Ante Rukavina, Andrey Kramariç.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq