"Türkiyədə "Neftçi" ilə birgə təlim-məşq toplanışında olanda "Ərciyəsspor" klubunun mənimlə maraqlandıqları xəbərini eşitdim. Sonra "Neftçi" və "Ərciyəsspor"un rəhbərliyi arasında danışıqlar oldu”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Ərciyəspor”un “Neftçi”dən yeni transferi Amit Quluzadə "ağ-qaralar"ın rəsmi saytına açıqlamasında deyib. Gənc futbolçu türk klubuna keçməsi üçün ona şərait yaradan Sadıq Sadıqova minnətdarlığını bildirib:
“Yeri gəlmişkən, "Neftçi" ilə müqaviləm bitmədiyindən, məni buraxmaya bilərdilər. Lakin Türkiyədə oynamağım üçün hər cür şərait yaratdığına görə klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. "Ərciyəsspor"la 3 illik müqaviləyə imza atmışam”.
“Ərciyəspor”la 3 illik müqavilə imzalayan Amit Türkiyədə Azərbaycanı layiqincə təmsil edəcəyini söyləyib: “Öyrəndim ki, "Ərciyəsspor"un ötən mövsüm Superliqaya vəsiqə qazanması üçün cəmi 3 xalı çatmayıb və iddialarını davam etdirəcəklər. Çalışacağam, qardaş ölkədə Azərbaycanı layiqincə təmsil edim. Əsas məqsədim "Ərciyəsspor"un heyətində güclənmək, sonra isə daha güclü komandaların heyətində çıxış etməkdir".
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur