Roberto Karlos azarkeşlərə təşəkkür etdi

Roberto Karlos azarkeşlərə təşəkkür etdi
XƏBƏR 25 İyun 2011 / 14:23 2245
-  A +

Rusiya Premyer Liqasının son turunda xoşagəlməz hadisə ilə üzləşən Roberto Karlosun əhvalı yavaş-yavaş düzəlir. Təcrübəli müdafiəçi yerli azarkeşlərdən gələn dəstəklə artıq özünə gəlib. Qol.Az-ın məlumatına görə, “Anji” fanatlarından kluba minlərlə məktub daxil olub. Bunun qarşılığında isə Karlos azarkeşlərə minnətdarlığını bildirib:

“Bu məsələdə mənə dəstək olan hamıya səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mənə ünvanladığınız xoş sözlərə görə çox sağ olun. Təəssüf ki, futbolda belə hadisələr olur. Bu cür problemləri isə yalnız birlikdə aradan qaldırmaq olar”.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun