“Fənərbaxça” ən varlı klublar arasında

“Fənərbaxça” ən varlı klublar arasında
XƏBƏR 25 İyun 2011 / 11:40 2553
-  A +

Son illərdə həm Türkiyə, həm də Avropada əldə etdiyi uğurlar “Fənərbaxça”nın büdcəsinə də müsbət təsir göstərib. Qol.Az-ın məlumatına görə, İstanbul klubunun hazırkı büdcəsi 150 milyon avro təşkil edir.

“Sarı-lacivərdlilər” bu göstərici ilə dünyanın ən varlı 20 klubu arasında yer alır. Növbəti mövsümdən “Fənər”in Çempionlar Liqasında çıxışını nəzərə alsaq, klubun gəlirinin bir az da artacağını və təxminən 205 milyon avroya çatacağını gözləmək olar. Bu da o deməkdir ki, “Fənərbaxça” gələn il büdcəsinə görə dünyanın ən varlı on komandası arasına girə biləcək.

Qeyd edək ki, hazırda siyahının 10-cu sırasında “Yuventus” yer alıb ki, onun da büdcəsi 205 milyon avroya yaxındır.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun