"Banan qalmaqalı" ilə əlaqədar cəza açıqlandı

"Banan qalmaqalı" ilə əlaqədar cəza açıqlandı
XƏBƏR 24 İyun 2011 / 23:56 2072
-  A +

Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi "Krılya Sovetov" klubunu 300 min rubl cərimələyib. Qol.Az-ın məlumatına görə, buna Samara komandasının "Anji" ilə evdə keçirdiyi Premyer Liqanın 15-ci tur matçında tribunadan rəqib futbolçu Roberto Karlosa banan atılması səbəb olub.

İyunun 22-də oynanılmış qarşılaşmada qonaqlar qalib gəlib - 3:0. Uzatma dəqiqələrində braziliyalı futbolçuya naməlum şəxs tərəfindən banan atılıb. Bundan sonra 38 yaşlı müdafiəçi meydançanı tərk edərək ehtiyat oyunçular skamyasına üz tutub. 

"Krılya Sovetov"a tətbiq edilmiş cərimənin 100 min rublu insanın irqi mənsubiyyəti, dərisinin rəngi və ya mənşəyi ilə əlaqədar təhqir olunmasına görədir. Samara klubu 200 min rublu isə stadionda təhlükəsizliyi təmin etmədiyi üçün ödəyəcək.    

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun