Avropada oynayacaq klublarımızın rəsmiləri AFFA-ya çağırıldı

Avropada oynayacaq klublarımızın rəsmiləri AFFA-ya çağırıldı
XƏBƏR 24 İyun 2011 / 13:08 1840
-  A +

Bu gün AFFA-nın inzibati binasında cari mövsüm avrokuboklarda çıxış edəcək klubların nümayəndələri ilə görüş keçirilib.

Qol.Az-ın məlumatına görə, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibinin müavini Elxan Əsədov, Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu, Marketinq və Reklamlar Departamentinin rəisi Cavid Qarayev iştirak ediblər.

Tədbirdə Elxan Məmmədov çıxış edərək klublarımıza beynəlxalq oyunlarda uğurlar azulayıb. Sonra AFFA-nın müvafiq departamentlərinin rəisləri UEFA klub yarışlarında keçiriləcək oyunlara hazırlıq və matçların təşkili ilə bağlı məsələləri müzakirə edərək tövsiyələrini veriblər.

«Qarabağ» klubu ölkə xaricində təlim-məşq toplanışında olduğu üçün nümayəndələri görüşdə iştirak etməyib.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun