Dik Advokat Aleksandr Səmədovun yığma perspektivinə münasibət bildirib

Dik Advokat Aleksandr Səmədovun yığma perspektivinə münasibət bildirib
XƏBƏR 24 İyun 2011 / 05:03 2273
-  A +

Rusiya milli komandasının baş məşqçisi Dik Advokat Premyer Liqanın 15-ci turunda "Spartak" - "Dinamo" matçını izləyib. Qol.Az-ın məlumatına görə, "Sport-Ekspress" qəzetinin əməkdaşı hollandiyalı mütəxəssisdən "Dinamo"da çıxış edən azərbaycanlı futbolçu Aleksandr Səmədovun Rusiya yığmasına çağırılmasının nə dərəcədə mümkünlüyünü soruşub. 

Advokatın cavabı belə olub: "Qoy, Səmədov işləməkdə davam etsin və sübut etsin ki, yığmaya layiqdir. Bundan artığını deməyəcəyəm. Siz ki mənim prinsipimi bilirsiniz. Futbolçuları və onların fərdi keyfiyyətlərini mətbuatda müzakirə etmirəm".
 
Baş məşqçi bildirib ki, Səmədovun Rusiya yığmasına çağırılma şansının olub-olmadığını zaman göstərəcək.  

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun