Hazırda Litvada yaşayaraq peşə fəaliyyətini davam etdirən azərbaycanlı jurnalist Rüstəm Mikayıllı "Banqa" klubu haqqında təəssüratlarını "Qarabağ"ın rəsmi saytına bölüşüb. Qol.Az "Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi haqda yazını təqdim edir:
"Banga" haqda danışsaq, onu qeyd etmək lazımdır ki, bu gün rəqibimiz çox yaxşı formadadır. Bildiyiniz kimi, Litvada çempionatın qızğın vaxtıdır və ikinci dövrə oynanılır. Son oyunlarda “Banga” xeyli "artırıb", bu da onun aldığı son nəticələrdə özünü göstərir. Garjdai təmsilçisi artıq 6 oyundur məğlub olmur və son beş oyunda 4 qələbə ve 1 heç-heçə ilə yadda qalıb.
"Banga"nın heyətini əsasən gənc oyunçular təşkil edir. Onlar yüksək atletik hazırlığı ilə diqqət çəkirlər. Komandanin liderlərindən biri 30 yaşlı Irmantas Zelmikasdır. Hansı ki, "Qarabağ"ın məşqçisi Zaur Tağızadəyə tanış gələ bilər. Çünki, "Neftçi" 2006-cı il Birlik Kubokunun finalında "Kaunas"a qarşı oynayanda Zelmikas məhz o heyətdə olub. Mərkəz müdafiəçisi legioner həyatı da yaşayıb. Oyun zamanı lazımlı tövsiyələr verə biləcək bir oyunçudur. Bir də Lipkis olduqca təhlükəlidir. Güclü, zərbələrlə hər an qapıçıları sınağa çəkir. Rəqibin müdafiəsini yarmaq "Qarabağ"a heç də asan olmayacaq.
Cox güman ki, "Banga" məhz doğma Garjdai şəhərində "Qarabağ"ı qəbul edəcək (artıq bu, dəqiqləşib). Klub ev oyununu doğma arenada keçirmək üçün çox çalışırdı. Meydan süni ot örtüyünə malikdir və "Banga" ilboyu orada məşq edir. Demək istəyirəm ki, meydança amili də litvalıların xeyrinə olacaq. Zənnimcə, tribunalar da tam dolu olacaq. Təxmini olaraq 1600-a yaxın azarkeş gələcək. Çünki, bu il “Banga” Avropa arenasında debüt edir ve təbii ki, ozünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Hətta Litva klubunun futbolçuları da yerli mətbuata verdiyi açıqlamalarda yaxşı nəticə üçün hər şey edəcəklərini bildiriblər.
"Banga"nın baş məşqçisi tanınmış futbolçu Arminas Narbekovasdır. Litva futbolunun ən yaxşı oyunçularından hesab olunur ve SSRI çempionatinda "Jalgiris"in (Vilnus) liderlərindən olub. Məhz Narbekovas "Banga"nın əsas gücü sayılır. Çünki yetirmələri üçün əsl avtoritetdir və onunla çalışmaq litvalı futbolçular üçün ikiqat məsuliyyət deməkdir.
"Qarabağ" isə öz təcrübəsini ilk dəqiqələrdən göstərməlidir. Düşünürəm ki, hər şey Azərbaycan təmsilçisindən asılıdır. Əgər oyuna tam ciddi hazırlaşsa, rəqibi diqqətlə analiz etsə, o zaman komandamız vətənə sərfəli nəticə ilə dönə bilər. Orası dəqiqdi ki, Litva təmsilçisi "Qarabağ"a qarşı olduqca ciddi hazırlaşır. Onlar əllərinə düşən şansdan maksimum istifadə etmək istəyirlər. Litvalılar "Qarabağ"ın son 2 ildəki uğurlarını araşdırıblar və bilirlər ki, Bakıda onları çətin sınaq gözləyir. Amma "Qarabağ" öz texnikalı oyununu sərgiləyə bilsə, "Banqa"nın şansı azdır. Onu mütləq qeyd etməliyəm ki, "Banqa" sona qədər döyüşən komandadır. "Qarabağ"ı heç də deyildiyi kimi "asan gəzinti" gözləmir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur