Pele: "Messi məndən güclü olmaq üçün 1283 qol vurmalıdır"

XƏBƏR 24 İyun 2011 / 00:22 2810
-  A +

Əfsanəvi futbolçu Pele Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun oyunçusu Lionel Messinin onunla müqayisə olunmasını erkən sayıb. Qol.Az-ın məlumatına görə, "futbol kralı" vaxtilə çıxış etdiyi "Santos"un Libertadores Kubokunu qazanmasından sonra çıxışında Messinin ən azı 1283 qol vurmasının gərəkliyini bildirib.

"Messi Peledən güclüdür? Belə olması üçün Lionel 1283-dən çox qol vurmalıdır" deyən Pele əsas rəqibi Dieqo Maradonanın səsləndirdiyi fikirlərə də münasibət bildirib. Maradona deyib ki, Neymar və Pele gənc forvardın Braziliyada çıxış edə-edə Messini keçə biləcəyini söyləyirlərsə, pis tərbiyə olunublar. Pele isə Neymarı çox istedadlı oyunçu hesab edir: "Ümidvaram ki, o, klubunda əla çıxış etdiyi halda öz ölkəsi üçün heç nə etməyən Messinin yolunu davam etdirməyəcək". 

 

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun