“Qarabağ”da fəaliyyətə başladı - Video

“Qarabağ”da fəaliyyətə başladı - Video
VİDEO 11 Noyabr 2026 / 20:09 295
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Azərbaycana qayıdıb. O, Ağdam klubunda fəaliyyət göstərəcək.

QOL.az xəbər verir ki, braziliyalı həm seleksiya işləri ilə məşğul olacaq, həm də əsas komandanın məşqçilər korpusuna kömək edəcək.

Almeyda Braziliyada istedadlı və perspektivli futbolçuların üzə çıxarılması, onların “Qarabağ”ın akademiyasına cəlb olunması istiqamətində seleksiya işlərini həyata keçirəcək.

Bununla yanaşı, o, əsas komandada baş məşqçi Qurban Qurbanova kömək edəcək. Almeyda hələlik qeyri-rəsmi şəkildə məşqçilər korpusunun fəaliyyətində iştirak edəcək.

Almeyda artıq futbolçu karyerasını başa vurub.

Almeyda “Qarabağ”ın bugünkü məşqində də iştirak edib. Buna dair görüntü klubun sosial şəbəkə hesabında paylaşılıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner