Dünən "Qarabağ" klubunun Avropa Liqasındakı rəqibləri müəyyənləşib. Qol.Az-ın məlumatına görə, "Qarabağ" ilk mərhələdə "Litva" təmsilçisi "Banqa" ilə qarşılaşacaq. İlk mərhələni uğurla keçəcəyi təqdirdə isə "Qarabağ" Farer adalarının təmsilçisi "Streymur"la üz-üzə gələcək.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da klubunun rəsmi saytına verdiyi müsahibədə püşkün nəticəsi ilə bağlı fikirlərini bölüşüb: "Püşkdən öncə 5 komanda məlum olduğu zaman qısaca da olsa rəqibləri analiz etdik. "Banqa" deyildiyi kimi zəif komanda deyil. Onlarda hazırda çempionatın qızğın vaxtıdı. Komandalar yaxşı vəziyyətdədi. Rəqibimiz son 5 oyunun 4 –ündə qələbə qazanıb, birində heç-heçə edib. Göründüyü kimi son zamanlar çıxışdadılar. Çox gənc komandadı.
Demək ki, sona qədər mübarizə aparacaqlar. Meydanın hər yerində vuruşacaqlar. Ona görə də rəqibi lazım olduğu qədər qiymətləndiririk. Futbol oynamadan, hazırlaşmadan nəticə qazanmaq mümkün deyil. Tam səmimi deyirəm, 2-ci mərhələ haqqında hələ fikirləşmirik. Komanda olaraq da eyni durumdayıq. İlk olaraq, litvalılarla oyuna hazırlaşmalıyıq. Çalışacağıq ilk oyuna kimi maksimum hazır olaq".
Qeyd edək ki, "Qarabağ"-ın "Banqa" ilə ilk oyunu iyunun 30-da səfərdə, cavab görüşü isə iyulun 7-də Bakıda keçiriləcək.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?