"Qalatasaray" "Liverpul"un iki ulduz futbolçusunu transfer etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, "A Spor" nəşrinin məlumatına görə, Türkiyə təmsilçisi qarşıdan gələn yay transfer pəncərəsində Məhəmməd Salah və Vircil van Deyki heyətinə qatmaq üçün hərəkətə keçib.
Bildirilir ki, "sarı-qırmızılar" transfer xərclərini azaltmaq məqsədilə Macarıstan millisinin formasını geyinən 28 yaşlı cinah müdafiəçisi Roland Şallaini bu sövdələşməyə daxil edə bilər. Cari mövsümdə futbolçu bütün turnirlərdə 40 matçda iştirak edərək 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, daha əvvəl 33 yaşlı Salah mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb. 34 yaşlı van Deykin isə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov