«Bizim rəqibi təhlil etmək gücündə olan çox güclü məşqçi heyəti, Qurban Qurbanov kimi məşqçimiz var. Onlar Litvadakı ilk oyuna qədər lazım olan bütün işləri görəcəklər».
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın direktoru Əmrah Çəlikəl Avroliqanın bugünkü püşkatmasını şərh edərkən söyləyib.
Qeyd edək ki, püşkün nəticəsinə görə, "Qarabağ" Avroliqanın birinci təsnifat mərhələsində Lutvanın "Banqa" klubu ilə qarşılaşacaq. İlk oyun iyunun 30-da səfərdə baş tutacaq.
Əmrah Çəlikəl bildirib ki, rəhbərlik etdiyi klubun Avropa Liqasındakı budəfəki hədəfləri daha yüksəkdir: «Biz Avropa Liqasından ötənilkindən daha yaxşı nəticə göstərmək, qrupp mərhələsində oynamaq istəyirik. Məşqçi heyəti və futbolçular da bunu yaxşı dərk edir. «Qarabağ»ın ötənilki uğurları böyük yolun başlancığı idi. İnhallah, bu dəfə də layiqli nəticəylə növbəti mərhələyə yüksəlmək istəyirik».
Əmrah Çəlikəl iyunun 28-də hazırda təlim-məşq toplanışı keçdikləri Türkiyənin Qızılcahamam bölgəsindən Litvaya getmək istədiklərini deyib.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi