Nazim Süleymanov: “Minsk” barədə kifayət qədər məlumatımız var”

Nazim Süleymanov: “Minsk” barədə kifayət qədər məlumatımız var”
XƏBƏR 20 İyun 2011 / 16:29 2585
-  A +

Bunu əvvəlcə də demişdim ki, rəqibin kimliyi bizi maraqlandırmır. Əsas məqsədimiz Azərbaycanı avrokuboklarda layiqincə təmsil etməkdir”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib. Süleymanov birinci təsnifat mərhələsində qarşılaşacaqları komanda barədə məlumatlı olduqlarını bildirib:

“Minsk” barədə kifayət qədər məlumatımız var. Yaxşı komandadır. Bildiyiniz kimi, Belarusiyada çempionat davm edir. Məni bir az bu amil narahat edir. Ancaq “Minsk” hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 16 top vurub, 19-nu buraxıb. Bu il bir qədər zəif çıxış edir. Amma yenə deyirəm, rəqibdən asılı olmayaraq, tək AZAL yox, digər təmsilçilərimiz də ölkəmizin başını uca etmək üçün mübarizə aparmalıdırlar”.

 

 

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner