"Hər zaman kubokun ilk oyunlarında taktiki savaş gedir. Birinci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, "Turan Tovuz" standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridir. İkinci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ birinci hissəni oynadıq. Bizi qarşıda vacib cavab oyunu gözləyir".
QOL.az xəbər verir ki, b sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, qələbəyə baxmayaraq, cütün taleyinin hələ həll olunmadığını deyib: "Qətiyyən yox. Rəqibin fərqlənmək üçün çoxlu silahları var. Hansı hesab qeydə alınsaydı da, eyni fikirdə olacaqdım. Tez bir zamanda çempionat oyununa köklənməliyik".
Mütəxəssis mövsüm ərzində futbolçularının aldığı zədələrin komandanın nəticələrinə təsirindən söz açıb: "Zədə və cəza baxımından ən çox problem yaşayan komandalardanıq. Bəzən də olur ki, tam heyətlə çıxıb nəticə əldə etmək olmur. Hamının formada olması bizə üstünlük verir".
R.Sadıqov Anje Mutsinzinin start heyətində olmamasının səbəbini də açıqlayıb: "Uzun səfərdən gəlib. Sabah ona yüngül məşq verib sonra bir günlük istirahət verəcəyik".
Baş məşqçi öz gələcəyindən də danışıb: "Zirə"də xoşbəxtəm. Rəhbərliyimiz mənə hər zaman şərait yaradıb. Onlara təşəkkür edirəm. Yüksək liqada təcrübəm olmadığı halda mənə güvəndilər. Bütün məşqçilər daha böyük büdcə, yaxşı şərait istəyər. Amma büdcə hər şey deyil. Elə ola bilər ki, böyük büdcə ilə heç ilk 5-liyə düşə bilmərəm. Futbolun hər cür tərəfi var. Bu gün şükür edirəm ki, "Zirə"nin baş məşqçisiyəm. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
O, növbəti oyunlarda Leroy Mikelsi start heyətində oynatmağı düşündüyünü bildirib: "Mikels son vaxtlarda zədə aldı. Qış fasiləsindən sonra günü-gündən yaxşı formaya düşürdü. "Kəpəz"lə matça start heyətində başladı. Mikelsi oynatmaq istəyirəm. Qarşıdakı oyunlarda start heyətində başlamaq ehtimalı yüksəkdir. Sadəcə olaraq hücum xəttində rəqabət var".
Mütəxəssis sonda "Finalda rəqibin kim olmasını istəyərdiniz" sualına belə reaksiya verib: "Bu sualı cavablandırmaq istəmirəm. Hazırda cavab oyununda "Turan Tovuz"un qarşısını necə alacağımızı fikirləşirəm. Bu gün hesab 3:0 olsaydı da, mən rahatlaşmayacaqdım. "Turan Tovuz"un hücum potensialı fərqlidir. Rəqibi nəzərə alsaq, finala çıxdığımızı düşünmürəm".
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi