"İmişli" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Neftçi"yə 0:6 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Bütün günahı, cavabdehliyi öz üzərimə götürürəm. Əlbəttə ki, məntiqli olaraq əhvalımız pisdir. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.
- Novruz və Ramazan bayramıdır. Adətən baş məşqçilər bununla bağlı jurnalistləri və ictimaiyyəti təbrik edir. İstəyərədim ki, bununla bağlı məlumatlı olasınız...
- Başa düşdüm, çox sağ olun. Təbrik edirəm.
- Ötən tur "Sabah" 5, bu gün isə "Neftçi" 6 qol vurdu. Növbəti oyun "Turan Tovuz"a qarşıdır. Yeddinci qola hazırsınız?
- Bu sualla baş məşqçiyə qarşı hörmətsizlik edirsiniz.
- Premyer Liqanın 22-ci turunun "Turan Tovuz"la (0:0) görüşündən sonra sual vermişdim ki, heyətin geniş olmamasına görə, çətinlik çəkə bilərsiniz. Siz də bildirmişdiz ki, bəli, əziyyət çəkəcəyik, amma buna hazırıq. Artıq həmin ağır perioda daxil olduğunuzu deyə bilərik?
- Əlbəttə ki, neqativ fazanı keçirik. İki oyunda 11 qol buraxmışıq. Bir az gözlənilməz idi. Komandanın psixoloji durumu yaxşı idi. Bu qədər qol buraxacağımızı gözləmirdik. İki oyunun göstəricisi odur ki, biz erkən qollar buraxdıqdan sonra komanda emosional, köklənmə cəhətdən özünü itirir. "Sabah" və "Neftçi" kimi yüksək səviyyəli komandalar bundan istifadə edir. Buna baxmayaraq, futbolçularım əllərindən gələni edirlər. Həmin futbolçulardır oynayanlar. Sona qədər də mübarizəmiz davam edəcək. Hazırda baş verən fasilə bizə xeyirli olacaq ki, komanda bu cür məğlubiyyətlərdən sonra psixoloji olaraq özünə gələ bilsin.
- "Kəpəz" son qələbəsindən sonra "İmişli"yə çatmağa yaxındır. Premyer Liqada qala bilməmək təhlükəsi hiss edirsiniz?
- Heç vaxt şübhəm olmayıb ki, Premyer Liqada qalmayacağıq. Biz toparlanacağıq, bərpa olacağıq və öz məqsədlərimizə doğru gedəcəyik.
- Mövsümün əvvəlində "İmişli" daha çox yerli futbolçuları oynatmaqla seçilirdi. Amma sonradan daha çox legionerlər oynamağa başladı. Belə düşünmək olar ki, yerlilər xarici futbolçulardan daha keyfiyyətlidir?
- Bu, onunla bağlı deyil. Kimsə bir-birindən güclüdür, deyə bilmərik. Legionerlərimiz və yerlilər arasında zədəlilərimiz var (sportal.az).
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
Mattia Perin “Yuventus”dan getdi
“Mançester Siti” Ayub Buaddini transfer etdi
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
Qurban Qurbanovdan “Tvente” ilə oyun öncəsi açıqlamalar
"Sabah Ulduzları": 6-cı turda 3 oyun keçirildi
Çempionlar Liqasının yeni topu - Şəkil
“Neftçi” Kurçi ilə yolları ayırdı
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
Bu da püşkatmada "Sabah"ın səbəti və mümkün rəqibləri
"Sumayıt", "Ulduz" və "Sabah"dan qələbə
Prezident "Sabah"ı təbrik etdi
Prosineçki 4 oyun sonra istefaya göndərildi
"Real", "Çelsi", kim gəlir gəlsin" - Tellur Mütəllimov
Bu pankart diqqət çəkdi - Şəkil
“Sabah”dan ilklər və rekordlar
Azərbaycan UEFA reytinqində irəlilədi