"Neftçi" Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda "İmişli"ni 6:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Meydana hücumçusuz çıxdınız və mövsümün ən böyük hesablı qələbəsini qazandınız. Bu, necə alındı?
- Öncə, hər kəsin bayramını təbrik edirəm. Bildiyimə görə, Azərbaycanda böyük bayramdır. Bassaka Sambu və Vensan Abubakar zədələndilər. Ağadadaş Salyanski və Alesio Kurçi qalmışdı. Kurçi daha çox vingerdir, cinahlarda oynayır. Biz bu barədə düşündük. Qəbələdə də Freddi Varqasa şans vermişdik. Düşündük ki, bu oyunda da ona həmin mövqedə şans verək. Danışdıq ki, o, daha çox gizli "9 nömrə" olsun. Pis də alınmadı, yaxşı nəticə oldu. Bütün futbolçularıma təşəkkür edirəm ki, oyuna böyük arzu ilə çıxdılar. Çox gözəl əhval-ruhiyyələri var idi. Biz bundan qabaq "İmişli"yə bir dəfə uduzmuşduq, bir dəfə heç-heçə etmişdik. Bu da "Neftçi" üçün yaxşı nəticə deyildi. Biz öz borcumuzu qaytarmalıydıq. Onlar da bunu etdilər, minnətdaram. İstirahət üçün vaxtları olacaq. Ayın 24-dən məşqlərə başlayacağıq. Bizim səhv etmək şansımız yoxdur. Avrokuboklarda iştirak etməkdən ötrü bu səhvlər olmamalıdır. Elə rəqiblərlə oyunlarımız olacaq ki, onlar da bu yerlər üçün oynayır. Orada artıq bizim xarakterimizi görə bilərik. Maraqlı olacaq.
- Ağadadaş Salyanski meydana çıxmadı. U-21 yığmamızın da üzvüdür. O, rəqabətdə çox geri qalır ki, oynamır?
- Şans hər kəsə veriləcək, ona da. Baş məşqçi mənəm. Gördüyüm odur ki, hazırkı rəqabətdə digər oyunçulara bir az uduzur. Amma gəncdir, hələ həyatı qarşıdadır. Ona ümidlərim var. Daha çox məşq edərək, şans əldə edəcək. Bəzən səbr etmək lazımdır. Başa düşürəm, hamısı oynamaq istəyir.
- "Neftçi" mövsüm ərzində 5 xal itirdiyi komandaya 6 cavabsız qol vurursa, bu xal itkilərinin günahkarı kimdir?
- Komanda uduzursa, günahkar məşqçidir, udursa, səbəbkar futbolçulardır. Kimisə günahkar çıxarmaq istəmirəm. Əlimizdən gələni edirik ki, uduzmayaq. Məğlubiyyyətlər qaçılmazdır. Amma əsas odur ki, bu məğlubiyyəti həzm edə biləsən və yola davam edəsən. Xoşuma gələn o oldu ki, biz uduzandan sonra iki matçda qalib gəldik. Futbolçularım məğlubiyyəti həzm edərək, qarşıdakı matçlara qələbə üçün çıxırlar.
- Bundan sonrakı oyunlarda da Abubakar və Sambu hazır olsa da, "İmişli"yə qarşı oynayan heyəti görə bilərik?
- Hər rəqibimizi yaxşı təhlil edib, öyrənirik. Baxırıq da, görürük ki, rəqib 4, yoxsa 5 müdafiəçi ilə oynayır. Buna uyğun da strategiyamızı qururuq ki, sistemimiz bizə qələbə gətirsin. Çox ciddi təhlillər aparırıq. Gecə 2-3-dən tez yatmırıq, o qədər ciddi hazırlaşırıq. Səhər isə məşqə çıxırıq. Heç də asan iş deyil. Kənardan asan görünsə də, çox çətindir.
- Freddi Varqasın hər matçda bu səviyyədə çıxış etməsinə nə mane olur?
- Mənim üçün bu suala cavab vermək çətin olar. Yaxşı olardı ki, sualı ona verəsiniz. Çox texnikalı və istedadlı oyunçudur. Öz işinə daha ciddi və daha əzmlə yanaşsa, daha gözəl oyun sərgiləyər. Hər birinin öz xasiyyəti var. Hazırlaşdı, meydançada istedadlı olduğunu göstərdi. Fərdi olaraq danışmağı sevmirəm, amma eyni sözləri Emil Səfərov haqda da danışmaq olar. Dayanmasa, çox gözəl gələcəyi var (sportal.az).
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu
Levandovski "Barselona"dan gedir
“Sabah” məni transfer edəcək, razılığa gəlmişik”
PSJ çempion olub Fransa tarixinə düşdü
Nəriman oynadı, komandası uduzdu
Qadın komandası üçün 13 milyonluq möhtəşəm baza - Video
"İnter" İtaliya kubokunu da qazandı
"Əl-Hilal" Levandovskiyə sərvət təklif etdi
"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?