"Karvan-Yevlax" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Fizuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Komandamız bu gün çox yaxşı təsir bağışladı, futbolçular matça olduqca ciddi hazırlaşmışdılar. Meydanda döyüşkən bir kollektiv var idi. Rəqibdən nə istək, nə keyfiyyət, nə də taktiki cəhətdən geri qalmırdıq, hətta bəzi epizodlarda onlardan üstün idik. Düzdür, qapımızda qol epizodları var idi. "Zirə" yaxşı komandadır. Qələbə qazanmaq istəyirdik. Bu gün meydanda yumruq kimi komanda gördüm. Məğlub olmağımız oyuna uyğun deyildi. Belə bir əzmkarlıqdan sonra son dəqiqələrdə buraxılan səhv qol məni həqiqətən məyus etdi. Futbolçularım ən azı bir xala layiq idilər. Amma neyləmək olar, futbolda bir səhv hər şeyi həll edir".
Mütəxəssis komandanın gələcək perspektivləri və Premyer Liqada qalmaq şansları barədə də danışıb:
"Burada ciddi infrastruktur qurulub, böyük maliyyə xərclənib və hər cür şərait yaradılıb. "Karvan-Yevlax" 1-ci liqaya düşsə belə, bu işlər davam edəcək və yenidən elitaya qayıtmaq üçün mübarizə aparılacaq. Rəhbərliklə heç bir görüşüm olmayıb. Hazırda bütün diqqətimiz çempionat oyunlarındadır. Hər matça qalib gəlib vəziyyətimizi yaxşılaşdırmaq üçün çıxırıq. Stadionun ərazisində təbii örtüklü meydança hazırlanır. Bu işlər görülürsə, deməli rəhbərliyin bir planı var. Hazırda bütün diqqət Premyer Liqadadır. Çalışırıq ki, burada qalaq. 11-ci yeri tutub pley-off oynasaq, bizim üçün yaxşı olar. Təbii ki, həmin oyunu əldən vermərik ".
F. Məmmədov komandasının ləğv olunan qolu və hakimlik barədə də sərt fikirlər səsləndirib:
"Rəşad Əhmədov oyunu pis idarə etmədi. Həmin epizoda baxdım. Ola bilər ki, hər hansı toxunuş olsun. Amma bu, foul toxunuşu deyil. Futbol kontakt oyunudur. Futbolçunun niyyəti topu almaqdır. Topu alan zaman ayaq ayağa, çiyin çiyinə toxunur. Bunlar qatda pozuntusu deyil. Düşünürəm ki, Qavi həmin epizodda təmiz oynadı. Komanda sevindi. Qolun ləğvi komandada müəyyən ruh düşkünlüyü yaratdı. Bir məşqçi kimi futbolçuların motivasiyasını qaldırmağa çalışsam da, sonda buraxdığımız qol bizə daha pis təsir etdi. Qolumuz sayılmalı idi. Sayılsaydı bizim üçün daha yaxşı olardı".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi