Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “Zirə" "Karvan-Yevlax"a 1:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Bizim üçün olduqca ağır bir sınaq idi. Qələbə qazanmasaydıq belə, futbolçularımın göstərdiyi əzmkarlıq və intizamdan razı qalacağımı deyəcəkdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamaq həqiqətən çətindir və biz bu gün bunu əyani şəkildə yaşadıq. Çoxsaylı qol fürsətlərimiz olsa da, bir anlıq elə düşündüm ki, oyun bərabərliklə bitəcək. Lakin oyunçularım sona qədər inandılar və çox vacib üç xalı qazandıq".
Təcrübəli mütəxəssis builki çempionatda autsayderlərlə oyunların daha gərgin keçməsinin səbəblərinə də aydınlıq gətirib:
"Burada söhbət qətiyyən arxayınlıqdan getmir. İki dəfə "İmişli" ilə, bir dəfə "Kəpəz"lə, bir dəfə də "Şamaxı" ilə matçda xal itirmişik. "Şamaxı"nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Etiraf etmək lazımdır ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə yer alan rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Builki aşağı pillələrdə yer alan komandalarla əvvəlkilər arasında fərq var".
Baş məşqçi matçın gedişatında rəqibin qolu zamanı verdiyi reaksiya və VAR qərarı ilə bağlı məqama toxunub:
"Yüngülvari etiraz etdim, başqa vaxt olsa, bəlkə də daha kəskin reaksiya verərdim. Əslində, oyundan əvvəl özümü psixoloji olaraq hazırlamışdım ki, texniki zonada emosiyalarımı cilovlayım. Çünki qarşılaşmanın gərgin keçəcəyini əvvəlcədən bilirdim. Düşünürdüm ki, bu gün mənim kənarda sakit qalmağım futbolçulara daha müsbət təsir edər və onlara faydası olar".
R.Sadıqov turnir cədvəlindəki rəqabət və hədəfləri barədə də danışıb:
"Biz "Araz-Naxçıvan" və "Neftçi"nin bizə yaxınlaşacağını gözləyirdik. Qış fasiləsində futbolçulara demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Əgər mövsümün sonunda bu hədəfə nail olmasaq, mən bunu bir məşqçi kimi uğursuzluq hesab edəcəyəm. İndi futbolda standart vəziyyətlər kimi yeni meyarlar ön plana çıxıb, rəqabət artıb. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir".
Sonda baş məşqçi milli fasilə və qarşıdakı təqvim barədə narahatlığını gizlətməyib:
"Qələbədən sonra fasiləyə yollanmaq bir tərəfdən xoş deyil, digər tərəfdən isə zədəlilərin qayıtması üçün bu, bir fürsətdir. Digər tərəfdən bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Lakin fasilədən dərhal sonra bizi kubokun yarımfinalı gözləyir. Qarşıdakı təqvimə baxanda, bu, sanki qorxulu yuxuya bənzəyir. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Çalışacağıq ki, həmin matçlara maksimum hazır olaq".
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"
“Sabah” - TNS matçının heyətləri açıqlandı
Argentina - Misir: Heyətlər
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
“Qarabağ” yeni formalarını təqdim etdi - Video
Mahir komandasının düşərgəsinə qoşuldu, amma…
“Seltik” “Qarabağ”la razılığa gəldi
Sabiq kapitanı "Atletiko"nun məşqçisi oldu
Daha 2 il "Araz-Naxçıvan"da
Xəyal Əliyev mükafatlandırıldı
"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev
"Kəpəz"də günün 3-cü ayrılığı
"Qəbələ"dən gedənlərin sayı 11 oldu
Yaponiya millisinin üzvü "Valensiya"da
"Çelsi"nin sabiq baş məşqçisi bu klubda çalışacaq - Rəsmi
“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Kəpəz" bu ayrılığı açıqladı
Qubada güləş zalı istifadəyə verildi
Yassin Benzia klubundan ayrıldı
16 il sonra yenidən...
Amin Ramazanovun “Sabah”a keçidi rəsmiləşdi
Ronaldo millidəki gələcəyindən danışdı
Senator növbəti dəfə Mbappeni sərt tənqid etdi
Numeralogiyanın Martinez üçün ironik sonluğu
"Kəpəz" braziliyalı hücumçu ilə yolları ayırdı
“Neftçi”nin oyunundakı davanın - Videosu
Messi Misirə qarşı oynayacaq, ya yox?