"Şamaxı" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Araz-Naxçıvan"ı qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Artıq neçənci dəfədir ki, layiq olmadığımız halda məğlub oluruq. Üstün oynayırıq, qol epizodları bizdə çox olur. Təəssüf ki, bunları dəyərləndirə bilmirik. Bu gün rəqibə heç epizod vermədik və öz qapımıza qol vurduq. Amma buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular, təslim olmadılar. Bu ayda 5-ci oyunumuz idi. Heyətdə çox dəyişiklik edə bilmirik. Buna baxmayaraq, "Araz-Naxçıvan" kimi komandaya qarşı üstün oyun nümayiş etdirməyimiz sevindirici haldır. Belə məğlubiyyətlər olur. Bəlkə də indi xalımız çox olardı. Bir çox matçda yaxşı oynamışıq, amma fürsətləri dəyərləndirə bilməmişik. Son ötürmələrdə, son vuruşlarda inkişaf etməliyik. Buna vaxt lazımdır. Çempionat davam edir. Fasilədən sonra yaxşı hazırlaşıb sona qədər mübarizə aparacağıq".
Mütəxəssis heyətdəki gənc oyunçuların milli komandalara dəvət alması məsələsinə də toxunub:
"Şamaxı"nın heyətində milli komandaya namizəd oyunçularımız var. Bir neçə gənc oyunçu stabil çıxış edir. Həm də bunu haqq edirlər. Lakin U-21 yığmamızın da qarşıda çox vacib oyunları gözlənilir. Hesab edirəm ki, gənclərin əsas milliyə gedib orada cəmi 10-15 dəqiqə şans qazanmasındansa, Portuqaliya kimi güclü rəqiblərə qarşı U-21-də 90 dəqiqə mübarizə aparmaları onların inkişafı üçün daha faydalıdır".
A. Abbasov sonuncu mətbuat konfransında klub rəhbərləri ilə bağlı səsləndirdiyi fikirlərinə də aydınlıq gətirib:
"Bizim problemimiz odur ki, mətbuat konfransına qulaq asmırıq. Kimin kiminlə problemi varsa, ora yozur. Mənə verilən suala baxmaq lazımdır. Həmişə mənə verilən suallara cavab verirəm, fikrimi bildirirəm. Sual verilmişdi ki, bizdə uğursuzluq olanda tək məşqçilər dəyişir, ancaq dünya praktikasında uğursuzluq olanda klub rəhbərləri istefa verirlər. Mən də dedim ki, bəli, belə bir şey var. Bu, heç kimə şamil olunmur. Hərə bir yerə yozub. Suala cavab vermişəm. Hansısa şəxslə problemim yoxdur".
Son olaraq milli komandanın heyəti ilə bağlı verilən sualı cavablandıran mütəxəssis növbəti toplanışda həm yeni simaların, həm də əvvəllər yığmada çıxış etmiş təcrübəli oyunçuların yer ala biləcəyini qeyd edib:
"Siyahımızda belə futbolçular var. Hazırda Misli Premyer Liqasının 25-ci turunun oyunlarının başa çatmasını gözləyirik, çünki hər hansı zədə ehtimalını nəzərə almalıyıq. Növbəti toplanış üçün həm heyətə yeni adlar cəlb etməyi, həm də son vaxtlar dəvət almayan bəzi keçmiş üzvləri yenidən komandaya çağırmağı planlaşdırırıq".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi