"Neftçi”nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukraynanın sport.ua saytına müsahibə verib.
QOL.az-ın xəbərinə görə, Azərbaycan futboluna uyğunlaşması və komandasının hazırkı vəziyyəti barədə danışıb.
- Artıq yeni şəraitə öyrəşmisiniz? Azərbaycanda işləmək necədir?
- Əlbəttə, öyrəşmişəm. Səhər saat 7-də oyanıram, qəhvə içirəm, maşına minib bazaya gedirəm. Saat 8:00–8:30-da artıq orada oluram. Günümü səhərdən axşama qədər bazada keçirirəm. Günüm futbolla bağlı olur, yalnız axşam evə qayıdıram.
Azərbaycanda işləmək hər yerdə olduğu kimidir. Futbol işi hər yerdə eynidir: maraqlıdır, eyni zamanda məsuliyyətlidir və özünəməxsus xüsusiyyətləri var. Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur. Əvvəlki oyunlardan birində özümü güclə saxladım ki, heç nə deməyim. Mənim üçün ən vacibi komandamın oynamasıdır. Qalanını başqaları şərh etsin.
- Siz zəngin tarixə malik və ölkənin ən titullu klublarından birinə rəhbərlik edirsiniz. Bu mövsüm çempionluq artıq real görünmür. Komandanın məqsədi nədir?
- Mən “Neftçi”yə komandanın nəticələrini yaxşılaşdırmaq və maksimum potensialını göstərmək üçün gəlmişəm. Yeni futbolçulardan heç kimi özüm gətirməmişəm. Mənə əvvəlki heyət qalıb. Deyə bilərəm ki, uşaqlar yaxşı hazırlaşıblar, texnikalı və sürətlidirlər. Medal şansları hələ də var, çünki qarşıda 10 oyun qalır. Axıra qədər mübarizə aparacağıq. Turnir cədvəlində mümkün qədər yuxarı qalxmaq və avrokuboklarda oynamaq istəyirik. Mən gələndə liderlərlə aramızda xal fərqi böyük idi, indi azalıb. Odur ki, mübarizə aparacağıq, zaman göstərəcək.
- Komanda ilə tez uyğunlaşa bildiniz?
- Şükürlər olsun ki, hər şey yaxşıdır. Oyunçular hər şeyi anlayır, tapşırıqları yerinə yetirirlər. Onların işə münasibəti xoşuma gəlir. Mövsümün sonunda nəticələrə baxacağıq.
- Məlum olduğu kimi, bizim həmyerlilərimizdən "Neftçi"də "Çernomorets"in sabiq futbolçusu Andrey Ştoqrin oynayır. Komandada ukraynalı legionerlərdən başqa kimsə də var?
- Hələlik başqa yoxdur. Mənim görmək istədiyim oyunçular bura gəlməyəcək. Onların yaxşı müqavilələri var və güclü klublarda oynayırlar. Təklif olunanları isə yaxşı tanıyıram, onlar mənə lazım deyil.
- Bir müddət əvvəl oğlunuz Vitali artıq məşqçi kimi fəaliyyətə başladı. O, necə işləyir?
- Hər şey yaxşıdır. O da “Neftçi”nin məşqçilər heyətində çalışır və vəzifələrinin öhdəsindən tam gəlir.
- Həyat yoldaşınız sizinlədir?
- Bəli, Bakıda mənimlədir. Məni gözləyir, yemək hazırlayır. Həmişə evdə nahar edirəm. Lesya ilə birlikdə oturub söhbət edirik, sonra dincəlirik. O da burada özünü yaxşı hiss edir. Bakı sakit və gözəl şəhərdir, gəzməyə vaxt tapır.
- Vətəninizdəki hadisələri izləməyə vaxt tapırsınız?
- Əlbəttə. Hər gün Ukraynadan xəbərləri oxuyuruq. Çox ağrılıdır. Bu mənasız müharibə çox kədər gətirdi. Qardaşəm oğlumun həyat yoldaşı artıq 2 ildir döyüşür. Drujkovka, Konstantinovka bölgəsində vəziyyət çox ağırdır. Daim əlaqədəyik. Bu yaxınlarda öyrəndim ki, ön cəbhədə maşınlarını vurublar. Onlara “Nissan Navara” pikap alıb göndərdim. Şükür ki, çatıb, hər şey qaydasındadır.
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"
“Sabah” - TNS matçının heyətləri açıqlandı
Argentina - Misir: Heyətlər
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
“Qarabağ” yeni formalarını təqdim etdi - Video
Mahir komandasının düşərgəsinə qoşuldu, amma…
“Seltik” “Qarabağ”la razılığa gəldi
Sabiq kapitanı "Atletiko"nun məşqçisi oldu
Daha 2 il "Araz-Naxçıvan"da
Xəyal Əliyev mükafatlandırıldı
"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev
"Kəpəz"də günün 3-cü ayrılığı
"Qəbələ"dən gedənlərin sayı 11 oldu
Yaponiya millisinin üzvü "Valensiya"da
"Çelsi"nin sabiq baş məşqçisi bu klubda çalışacaq - Rəsmi
“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Kəpəz" bu ayrılığı açıqladı
Qubada güləş zalı istifadəyə verildi
Yassin Benzia klubundan ayrıldı
16 il sonra yenidən...
Amin Ramazanovun “Sabah”a keçidi rəsmiləşdi
Ronaldo millidəki gələcəyindən danışdı
Senator növbəti dəfə Mbappeni sərt tənqid etdi
Numeralogiyanın Martinez üçün ironik sonluğu
"Kəpəz" braziliyalı hücumçu ilə yolları ayırdı
“Neftçi”nin oyunundakı davanın - Videosu
Messi Misirə qarşı oynayacaq, ya yox?