"Bizim məqsədimiz ondan ibarətdir ki, Qarabağ adı bütün dünyada tanınsın. Siz komanda olaraq böyük bir iş görürsünüz, Qarabağ adını dünyanın ən böyük futbol stadionlarında səsləndirirsiniz”.
QOL.az-ın xəbərinə görə, bu sözləri “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov “Qarabağ” Futbol Klubu ilə əməkdaşlıq memorandumunun imzalanması mərasimindəki çıxışında bildirib.
Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı barədə danışan E.Məmmədov bildirib:
“Heç birimizin ağlına gəlməzdi ki, bir gün "Qarabağ" böyük tarixə malik komandalarla eyni səviyyədə oyun nümayiş etdirəcək. Mən həm bir azərbaycanlı, həm də "Azərxalça" komandasının rəhbəri olaraq gördüyünüz böyük işə görə ilk növbədə sizə minnətdarlığımı bildirirəm. Çünki hamımız başa düşürük ki, belə nəticələrin arxasında ciddi iş dayanır. Başda klub rəhbərliyi olmaqla, hər birinizi alqışlamaq və sizə təşəkkür etmək istəyirəm.
"Azərxalça" komandası kimi bizim də əsas məqsədimiz Qarabağ adını tanıtmaqdır. Lakin biz bunu futbol stadionlarında deyil, müxtəlif hərraclarda, tanınmış dünya kolleksiyalarında və muzeylərində təqdimatlarımız, sərgilərimizlə edə bilərik. Əminəm ki, bizim əməkdaşlığımız davam edəcək və birlikdə gözəl layihələr həyata keçirəcəyik. İstərdik ki, tezliklə "Azərxalça" və "Qarabağ"ın xüsusi layihəsi təşkil olunsun. Satılan hər bir aksesuardan, xalçadan əldə olunan gəlir müxtəlif bölgələrdəki futbolçularımıza dəstək olacaq. Çünki biz elə bir kollektivik ki, əməkdaşlarımızın 85 faizi kəndlərdə yaşayan xanımlardır. Ölkəmizin müxtəlif bögələrində də emalatxanalarımız var. Biz də istəyirik ki, xalçaçılıq sənəti daim yaşasın və mədəni irsimizi qoruyaq".
Qeyd edək ki, Emin Məmmədov AFFA-nın sabiq baş katibi, hazırda FİFA-nın direktor olan Elxan Məmmədovun qardaşıdır.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…