Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, komitəinin qərarları AFFA-nın saytı vasitəsi ilə açıqlanıb.
Misli Premyer Liqasında 22-ci turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Kəpəz” 8000 manat cərimə edilib.
22-ci turun “Kəpəz” – “Sumqayıt” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” 7000 manat cərimələnib.
Həmin oyununun 62-ci dəqiqəsində “Sumqayıt”ın 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilib.
22-ci turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi”nin 5 nəfər futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. “Şamaxı” – “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, “Neftçi” 5000 manat cərimə edilib.
Qərara əsasən, həmin oyunda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi” komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən qarşılanmalıdır.
22-ci turun “Turan Tovuz” – “İmişli” oyununda “Turan Tovuz"da 4 nəfər sarı vərəqə aldığı üçün kklub 700 manat cərimə edilib.
22-ci turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ”da 5 nəfər sarı vərəqə aldığı üçün Ağdam təmsilçisi 700 manat cərimələnib. Həmin oyunda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilib.
Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşü - “Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt”ın 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb,
“Sumqayıt” 1000 manat cərimələnib.
Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə “Qarabağ” 2500 manat cərimələnib. Həmin oyunda “Şamaxı”dan 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Kubokda 1/4 finalın cavab görüşü “Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, “Qəbələ” 1000 manat cərimə edilib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da