Son dövrlər "Qarabağ"ın 15 yaşlı futbolçusu Əli Bəşirov öz oyunu ilə diqqət çəkir.
QOL.az xəbər verir ki, o, yaşının az olmasına baxmayaraq, bu qış hətta Qurban Qurbanov tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki toplanışına cəlb olunub. Yəni hücumameyilli yarımmüdafiəçi öz potensialı ilə baş məşqçi Qurban Qurbanovun da diqqətini çəkib.
Ə.Bəşirov həm də Azərbaycanın U-18 milli komandasının üzvüdür və bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib, gözəl qol vurması ilə fərqlənib (videonun xəbərin sonunda).
Ə.Bəşirovun oyunu artıq bəzi xarici klubların da diqqətini cəlb edib. Etibarlı mənbələrdən QOL.az saytına daxil olan xəbərə görə, istedadlı futbolçu Fransanın "Strasburq" klubunun maraq dairəsinə düşüb. Ə.Bəşirov hətta artıq Liqa-1 təmsilçisinin baxışına da dəvət edilib. Bizə çatan xəbərə görə, Bəşirov may ayında Fransaya yola düşəcək və "Strasburq"un düşərəsində 10-15 günlük baxışda olacaq. Onun gənclərdən ibarət komandada hazırlıq keçəcəyi bildirilir. Bəşirov baxış zamanı da özünü doğrultsa, yeni mövsümdə karyerasını Fransada davam etdirəcək.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar