Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Qəbələ" doğma meydanda"Sabah"a məğlub olub. Gərgin keçən matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (3:3). Penaltilər seriyasında "Sabah" rəqibindən üstün olub (2:4).
QOL.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis ilk növbədə oyunun yüksək səviyyədə keçdiyini və futbolçularının mübarizəsindən razı qaldığını bildirib:
"Çox maraqlı oyun oldu, azarkeşlər çoxlu qol epizodları və qollar gördülər. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Futbolçularım həm oyun, həm də xarakter baxımından əllərindən gələni etdilər. Bizə çempionatda mübarizə üçün belə oyunlar lazımdır. Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı turda da yenidən 'Sabah'la qarşılaşacağıq".
Sxadadze qapıçı seçimi və penaltilər seriyasındakı məyusluğa belə aydınlıq gətirib:
"Səlahət Ağayevin son oyunları yaxşı alınmışdı, ona görə də bu gün ona şans verdik və çıxışından razı qaldım. Penaltilər seriyasına gəlincə, düzünü desəm, qalib gələcəyimizi düşünürdüm. Lakin penalti daha çox psixoloji məsələdir. Məsələn, Murad Musayev məşqlərdə həmişə fərqli küncə vururdu, amma bu gün onun icrasına özüm də təəccübləndim. Futbolçular məşqdə etdiklərini oyunun gərginliyi səbəbindən yerinə yetirə bilmədilər. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir".
Baş məşqçi həmçinin Adriel Ba Louanın qırmızı vərəqə alması və hakim idarəçiliyi ilə bağlı tənqidi fikirlərini səsləndirib:
"Ba Loua bizim üçün çox vacib oyunçudur, qış toplanışında bizimlə olsaydı, daha hazır olardı. Onun qırmızı vərəqə epizodundan öncə, mənə elə gəlir ki, qayda pozuntusu var idi. AFFA-nın bunu araşdırmasını istərdim. Həmçinin Akinadenin üzünə zərbə endirilən epizodda, şəxsi düşüncəmə görə, rəqibə qırmızı vərəqə verilməli idi. Hakimlərin yanaşması fərqli ola bilər, amma bu məqamlar araşdırılmalıdır".
Sonda oyundan sonra emosiyalarından danışan Sxadadze futbol həyatının ayrılmaz hissəsi olan adrenalinə toxunub:
"İstər futbolçu vaxtlarımda, istərsə də indi oyunlardan sonra yata bilmirəm (gülür). Bu, adrenalindir. Məğlub olmaq olar, amma belə oyun və xarakter nümayiş etdirmək hər komandaya nəsib olmur".
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu