Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib.
QOL.az xəbər verir ki, matçda dubl edən "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç oyundan sonra klubun mətbuat xidməti ilə qələbə sevincini bölüşüb. O, ilk növbədə uzun müddətdən sonra qol vurmağın verdiyi sevincə və komandanın hücum potensialına toxunub:
"Mənim üçün assist etmək hər zaman daha xoşdur, çünki bu, mənim əsas işimdir. Çox qol vuran oyunçu deyiləm, sonuncu dəfə təxminən 2 il əvvəl fərqlənmişdim. Buna görə də qol vurmağın yolunu tapmağım və daha çox zərbə imkanları əldə etməyim çox xoşdur. Ümid edirəm ki, bu zərbələr gələcəkdə bizə daha çox qol qazandıracaq".
Puxaç hesabda öndə olarkən rəqibə verilən fürsətləri və oyunun gərginliyini belə şərh edib:
"Oyun çox çətin keçdi. Hesabda öndə olduğumuz halda rəqibə yenidən qol vurmaq imkanı verməməliydik. Onlar bir nəfər azlıqda qalsalar da, geri dönüş edə bildilər. Əslində, belə hallar yaşanmamalıdır, lakin futboldur, hər şey baş verir. Ən vacibi odur ki, biz növbəti mərhələyə keçdik. Bu gün 5:0 hesabı ilə də qalib gələ bilərdik, amma əsas məsələ yarımfinala yüksəlməyimizdir".
Futbolçu vurduğu qollardan sonra sevincini klubun fizioterapevti Mateo ilə bölüşməsindən də danışıb:
"Sevincimi Mateo ilə bölüşdüm, o, bizim fizioterapevtimizdir. Dünən ona söz vermişdim ki, bu gün qol vuracam və sevincimi məhz onunla yaşayacam. Mateo çox yaxşı insandır və mənə çox kömək edir, onunla tez-tez söhbət edirik. Ona görə də söz verdiyim kimi sevincimi onunla bölüşdüm".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar