Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib. Gərgin keçən matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (3:3). Penaltilər seriyasında "Sabah" meydandan üstün ayrılıb (2:4).
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə oyunun gərginliyini və rəqibin əzmkarlığını yüksək qiymətləndirib:
"Hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" bu gün 10 nəfərlə qalsa da, böyük ruh nümayiş etdirərək geri dönüş etdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm, amma çox çətin oyun oldu. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (“Qarabağ”) geri dönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geri dönüş etdi. Bu cür hesablar kubok oyunlarının təbiətində var, lakin biz bu halları ciddi təhlil etməliyik. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlarımızdan həzz alırlar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə "Qəbələ" ilə oyunumuz var. Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir".
Baş məşqçi oyunun gedişatındakı qəfil dəyişikliklərə də aydınlıq gətirib:
"Bu gün meydanda tamamilə gözlənilməz bir mənzərə gerçəkləşdi. İlk hissədə rəqibə heç bir fürsət vermədik, oyunu tam nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Lakin qısa müddət ərzində ardıcıl iki qol buraxmağımızın səbəblərini daha dərindən araşdırmalıyıq. Bunun arxasında həm psixoloji gərginlik, həm də taktiki amillər dayana bilər. Bütün bunları ciddi şəkildə təhlil edib nəticə çıxarmalıyıq".
Dambrauskas son 2 oyunda qapılarında 6 qol görmələrindən doğan narahatlığını gizlətməyib:
"Karyeramda 2:0 və ya 3:0 öndə olub bu cür ardıcıl geri dönüşlərə icazə verdiyimizi xatırlamıram. Amma bu, futboldur, istənilən hesab qeydə alına bilər. "Sabah" azarkeşlərini stadiona dəvət edirəm ki, belə oyunlar görsünlər. Onu da deyim ki, bu gün çoxlu səhvlər etdik.
Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Mənim fikrim yalnız və yalnız qarşıdakı oyuna necə bərpa olmağımızdır".
Titul şansları barədə verilən suallara baş məşqçinin cavabı belə olub:
"Hazırda titul və ya yarımfinal barədə düşünmürəm, çünki hələ təqvim belə bəlli deyil. Bütün diqqətim çempionatdakı "Qəbələ", "Sumqayıt" və "İmişli" ilə keçiriləcək oyunlardadır".
Valdas Dambrauskas "Qarabağ"la oyunların gərginliyi və baş verənlərin azarkeşlərdə yaratdığı narahatlığa münasibət bildirərək qarşılıqlı hörmətin hər şeydən üstün olduğunu vurğulayıb:
"Keçmişdə olanlar elə keçmişdə də qalmalıdır. "Qarabağ"la son oyunda yaşananlara görə artıq üzr istəmişik. Bizim rəqibə böyük hörmətimiz var və inanıram ki, onlar da bizə eyni münasibəti bəsləyirlər. Meydanda rəqib ola bilərik, lakin bütün bunlar meydançanın daxilində qalmalıdır. Fit çalındıqdan və oyun bitdikdən sonra hər kəs öz işinə və peşəkar həyatına davam etməlidir. Bu, sadəcə "Qarabağ"la bağlı olan məsələ deyil".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da