Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Kəpəz" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma Tovuz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə məğlubiyyətin səbəblərinə və azarkeş amilinə toxunub:
"Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Uzun müddətdir təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmağımız məni çox məyus edir. Belə vəziyyətlərdə məsuliyyət daha çox qapıçı və qapıçı məşqçisinin üzərinə düşür. Qarşıda "Turan Tovuz"la çempionat matçı var və biz həmin oyunda azarkeşlərimiz üçün ən yaxşı futbolumuzu nümayiş etdirməyə çalışacağıq".
A.Bağırov heyətdəki zədəli futbolçuların son durumu barədə jurnalistlərin suallarını belə cavablandırıb:
"Ryonosuke Ohorinin ayağında burxulma olsa da, həkimlər zədənin çox ciddi olmadığını bildirdilər. Dəqiq diaqnoz müayinədən sonra bəlli olacaq. Fiziki hazırlıqla bağlı heç bir problemimiz yoxdur, komandada əzələ zədəsi olan oyunçu yoxdur. Banın çiynindəki xroniki problemə görə onu ehtiyatda saxlamalı olduq".
Baş məşqçi kubokda mübarizəni dayandırmaları və gələcək planlar barədə də fikirlərini bölüşüb:
"Komandanı sıfırdan mən yığmamışam, hazırda çempionatda ən az legioneri olan klub bizik. Bəzi oyunçuların gözlənilmədən gedişi bizə böyük zərbə vurdu, lakin uşaqlar hər matçda sona qədər döyüşürlər. Yeni müqavilə məsələsinə gəlincə, hər şey may ayında bəlli olacaq. Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik. Əgər gələn mövsüm komandanı sıfırdan özüm yığsam, Gəncədə o təzyiq altında oynamaq mənim üçün daha asan olar".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da