"Öncə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bütün idmançıları, məşqçiləri, idmanla məşğul olan hər kəsi təbrik edirəm. İlk oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Ruslan Abışov Azərbaycan kubokunun 1/4 finalının "Kəpəz"lə cavab matçından sonra keçirilən mətbuat konfransında deyib.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn Tovuz təmsilçisi bugünkü oyunda 2 cavabsız qolla rəqibini üstələyərək yarımfianala yüksəlib. R.Abışıov daha çox qol vurmaq imkanlarının olduğunu deyib. O, kubokda hədəflərinin böyük olduğunu da bildirib:
"Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol futbolçularda biraz arxayınlıq yaratdı. Bu da oyuna öz təsirini göstərirdi. İkinci hissənin əvvəlində də erkən qol vurduq. Artıq ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda daha yaxşı epizodlar yarada bilərdik. Daha çox qol vura bilərdik. Artıq bu oyunu yaddan çıxarıb çempionat oyununa hazırlaşacağıq. Kubokda da hədəfimiz böyükdür. Finala qədər getmək istəyirik".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar