“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin QOL.az saytına müsahibəsi
- Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyununda "Şamaxı"nı 3:1 hesabı ilə məğlub etməklə yarımfinala yüksəldiniz. Qələbəni necə şərh edərdiniz?
- Yaxşı matç alındı. Hesabı erkən açsaq da, müdafiə xəttində buraxdığımız boşluqlar rəqibin hesabı bərabərləşdirməsi ilə nəticələndi. İkinci hissədə toparlandıq. Özümüzdə güc taparaq yaxşı oyun ortaya qoyduq. Qollar vuraraq layiq olduğumuzu qələbəni qazandıq. Komandamı təbrik etmək istəyirəm. Əla iş gördük.
- İlk qolu vursanız da, “Şamaxı” hesabı tez bərabərləşdirdi. Bu amil komandanız üzərində əlavə təzyiq yaratmadı?
- Çox da yox. Futbolda belə hallar tez-tez olur. Belə epizodlar komanda şəklində inkişafa aparır. Biz boşluqlarımızı görmüş oluruq. Qarşıda daha yaxşı hazırlaşıb belə qollar buraxmamalıyıq.
- Bəs penalti epizodunda nə hisslər keçirdiniz? Matçın əlavə vaxta getmək ehtimalını göz önünə aldınız?
- Reallıq odur ki, rəqib fərqlənə bilmədi və matç 90 dəqiqə ərzində başa çatdı. Əks hal baş versəydi, bizi qarşıda əlavə 30 dəqiqə gözləyəcəkdi. Bu olsaydı belə, əlavə vaxtda mütləq qələbə üçün oynayacaqdıq.
- Yarımfinalda hansı rəqiblə qarşılaşmaq istərdiniz: “Sabah”, yoxsa “Qəbələ”?
- Bunu cavab matçından sonra daha dəqiq biləcəyik. Kubokda hər bir rəqib çətindir. Çünki kubok bütün komandalar üçün olduqca önəmli bir turnirdir. Hər kəs kuboku qazanmaq istəyir. Lakin indi diqqətimizi qarşıdakı çempionat matçına yönəltmişik.
- Hazırkı məqamda liderdən 7 xal geri qalmağınız üzərinizdə gərginlik yaratmır?
- Xeyr. Başa düşürük ki, birinci yerə yüksəlmək üçün xallara ehtiyacımız var. Yalnız buna köklənmişik. İnanırıq ki, istəyimizə çatacağıq.
- "Qarabağ" iki cəbhədə mübarizə aparır. Hər iki turnirdə qalib olmağa gücünüz çata bilər?
- Əlbəttə. Bizim hədəfimiz hər iki titulu qazanmaqdır. Buna heç kimin şübhəsi olmasın.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da