Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 2 matç başa çatıb.
"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Oyunda "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk görüşdə də Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Nəticədə "Turan Tovuz" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.
Digər matçda "Qəbələ" "Sabah"la üz-üzə gəlib. "Sabah" hər iki hissədə vurduğu qollarla 2:0 hesabı ilə öndə olsa da "Qəbələ" matçın sonuna doğru hesabı bərabərləşdirməyə nail olub. Qarşılaşmanın əlavə vaxtında isə komandalar hərəyə 1 qol vurmaqla hesabı 3:3 edib. Penaltilər seriyasına gedən matçda "Sabah" meydandan üstün ayrılmağı bacarıb. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb.
Bu nəticədən sonra "Sabah" yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
5 mart (cümə axşamı)
18:00. “Qəbələ” – “Sabah” - 3:3 (Penaltilər seriyasında 2:4)
Qol: Timoteuş Puxaç, 31 (0:1), Timoteuş Puxaç (0:2) 62, İsmael Akinade, 88 (1:2), İsmael Akinade, 90 (2:2), Coy Lens Mikels 105 (2:3), Nuğay Rəşidov, 114 (3:3)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0
14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:2
Qollar: Xorxe Silva, 13, Hayderson Hurtado, 51
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
İlk oyun - 0:1
3 mart (çərşənbə axşamı)
“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)
4 mart (çərşənbə)
“Qarabağ” - “Şamaxı” - 3:1 (İlk oyun - 1:2)
Yarımfinal
"Zirə" - “Turan Tovuz”
"Qarabağ" - “Sabah”
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar