Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ" "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə oyunun çətinliyini və futbolçuların yorğunluğunu vurğulayıb:
"Futbolçularımı vacib nəticə münasibətilə təbrik edirəm. Oyun əlavə vaxta gedə bilərdi, lakin ikinci hissədə üstünlüyü tam ələ aldıq. Bəzən səhvlərimiz olurdu. Futbolçular düzgün oynamağa çalışdılar. Futbolçularda yorğunluq hiss olunurdu. Bəzi səhvlərimiz olsa da, qələbə qazanmaq çox önəmli idi. İnanıram ki, qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər".
Q.Qurbanov Kadi Borgesin "8 nömrə" mövqeyində çıxış etməsinə və gələcək rotasiyalara da aydınlıq gətirib:
"Kadi bu qabiliyyətə sahibdir. Pedro Bikalyo "Nyukasl" və "Sabah"la matçlarda çox güc sərf etdiyi üçün onu qorumalı idik. Əslində Kadinin ön xətdə oynamasını istəsək də, bəzən oyun quruculuğunda belə yaradıcı oyunçuların geridə olması vacibdir. Gələcəkdə həm Montiel, həm də digər oyunçularla bağlı belə mövqe dəyişiklikləri edə bilərik. Futbolçuların universal olması bizim üçün sevindirici haldır".
Jurnalistlərin "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlovun açıqlaması və aprel ayındakı gərgin təqvim barədə suallarına baş məşqçinin cavabı belə olub:
"Keçmişə qayıtmağı xoşlamıram və bu suala cavab verməyəcəm. Oyunda baş verənlər elə orada da qalır. Aprel ayındakı sıx qrafikə gəlincə, biz buna hazır olmalıyıq. Psixoloji gərginlik və yorğunluq qaçılmazdır, lakin bu, bizim işimizdir. İstənilən oyuna futbolçuları kökləməliyik. Əlbəttə ki, bəzən bu, alınmır. Hər matça maksimum nəticə üçün çıxacağıq".
Sonda komandanın gələcək perspektivləri və heyətin genişləndirilməsi barədə danışan mütəxəssis bunları qeyd edib:
"Yeni mövsümdə hər şey gözlənilir, dəyişikliklər az da ola bilər, çox da. Bu il heyətimiz həddindən artıq yükləndi, oyun sayı əvvəlki illərdən xeyli çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə çalışacağıq ki, heyət baxımından əziyyət çəkməyək".кация от Qol.az (@qolaz)
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord