Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Şamaxı" səfərdə "Qarabağ"la üz-üzə gəlib. Matç "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə oyunun gedişatını və məğlubiyyətin səbəblərini belə şərh edib:
"Bizim üçün üzücü məğlubiyyət oldu. İlk oyunda qələbə qazansaq da, cavab matçının nə dərəcədə çətin keçəcəyini bilirdik. Görüşə pis başlasaq da, 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də əlavə imkanlarımız oldu. İkinci hissədə rəqibin təzyiqi artdı və biz müdafiədə səhvlərə yol verdik. Uşaqlar sona qədər mübarizə apardılar, lakin son dəqiqədə penaltidən yararlana bilsəydik, bəlkə də əlavə vaxtda şansımız olardı. Sıx qrafik öz sözünü deyir. Artıq kubok bizim üçün bitdi. Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşacağıq".
A.Abbasov son dəqiqələrdə penaltini Abdullahi Şuaybu yerinə yetirmək istəsə də, topa Kərim Rossinin yaxınlaşmasına belə aydınlıq gətirib:
"Komandada penalti vuran iki əsas oyunçumuz var: Rikardo və Kərim. Rikardo daha əvvəl bu şansdan yararlana bilməmişdi, Kərim isə artıq 3 penaltini dəqiq yerinə yetirib. Həmin an yorğunluq və oyunun gərginliyi öz təsirini göstərdi. Qismət belə imiş".
Baş məşqçi həmçinin son günlər PFL ilə yaşadığı narazılığın artıq geridə qaldığını bildirib:
"PFL ilə aramızda müəyyən bir anlaşılmazlıq olmuşdu, lakin danışıqlarımız oldu və bir-birimizi başa düşdük. Hamımızın məqsədi eynidir. Meydançalarımız yaxşı olsun, futbolumuz inkişaf etsin. PFL-də çalışanlarla çoxdankı əlaqələrimiz var. Hazırda heç bir problem yoxdur, onlara da uğurlar arzulayıram".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da