Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Aris” klubunun maraq dairəsinə düşüb.
QOL.az bu barədə Kiprin sport-fm.com.cy saytına istinadən məlumat verir.
Qeyd edilir ki, Limasol təmsilçisi yay transfer pəncərəsi üçün planlarını artıq müəyyənləşdirib. “Neftçi”nin 19 yaşlı cinah oyunçusu Murad Məmmədovun siyahıda ön sıralarda yer aldığı bildirilib.
Qeyd edilir ki, Azərbaycanın U-21 millisinin üzvü olan Məmmədovun “Neftçi” ilə müqaviləsi bu il 30 iyunda başa çatır. Bu amil onu Limasol təmsilçisi üçün daha cəlbedici edir.
Yazıda bildirilir ki, “Aris” hücumun cinahlarını gücləndirmək niyyətindədir. Məqsəd heyətə dinamika, sürət və perspektiv qatmaqdır.
“Məmmədov klubun axtardığı profilə uyğundur: gəncdir, inkişaf potensialı var və gələcəkdə satış dəyəri yüksək ola bilər. Üstəlik, mövsümün sonunda azad agent statusu alacaq futbolçunun transferi üçün təzminat ödənilməsinə ehtiyac yoxdur ki, bu da məsələni maliyyə baxımından əlçatan edir.
“Aris” bir neçə aydır futbolçunun durumunu yaxından izləyir. Məmmədov kimi xüsusiyyətlərə malik oyunçunun transferi komandanın hücum xəttinə əlavə seçim və inkişaf perspektivi qazandıra bilər. Eyni zamanda, düzgün yönləndirmə ilə daha yüksək səviyyəyə yüksəlmək potensialı olan futbolçu gələcəyə yatırım hesab olunur” - deyə yazıda bildirilir.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar