"Mən illərdir ki, komandanın yanındayam və "Kəpəz"lə nəfəs alan çoxlu sayda azarkeş var. Bu cür nəticələr bizi məyus edir".
QOL.az xəbər verir ki, bu sözləri Gəncədən olan millət vəkili Müşfiq Cəfərov prosport.az saytına müsahibəsində deyib.
Ötən ilədək "Kəpəz"in İdarə Heyətinin üzvü olmiş M.Cəfərov əsas komandanın çıxışları barədə danışarkən bildirib:
"Feysbuk statusumda da qeyd etmişəm ki, əsas problem rəhbərlikdədir. Baş məşqçidə bir problem görmürəm. O, işini görür, kifayət qədər peşəkardır. Ötən mövsümdə də bu məşqçi komandanı çətin vəziyyətdən çıxardı. İndi də çalışır və öz üzərində işləyir. Şükürlər olsun ki, məşqçi ilə bağlı heç bir problemimiz yoxdur. Məşqçinin işinə təkan verən oyunçu seçimi də var. Bu məsələyə klub rəhbərliyi cavabdehdir. Mən rəhbərlikdə təmsil olunmadığım üçün qərarların necə verildiyini bilmirəm. Ancaq izləyirik..."
Jurnalistin "Siz rəhbərliyi tənqid edirsiniz. Eyni zamanda həm də Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvüsünüz. "Kəpəz"ə yeni sponsor tapmaq üçün axtarışınız varmı?" sualına belə cavab verib:
"Hazırda var. Sponsorla bağlı da müəyyən danışıqlar aparılıb. Ancaq indiki vəziyyətdə anlaşılan deyil ki, rəhbər kimdir? Rəsmi rəhbər bəllidir. Amma faktiki klubu kim idarə edir, necə edir, o, aydın deyil. Bu, xoşagələn deyil və azarkeşlər də buna reaksiya verir. Mətbuat da bu məsələləri işıqlandırır. Ümid edirəm ki, AFFA-nın bununla bağlı ən azından növbəti mövsüm üçün hansısa layihəsi olar. Çünki bu mövsüm artıq may ayında başa çatır. Növbəti mövsüm başqa "Kəpəz"in olmasına ümid edirəm. Ciddi sponsor gələcəyini düşünürəm. Çünki bu cür sponsorun olmasını istəmərik. "Kəpəz"də belə sponsorun olmasındansa, mövcud vəziyyətdə qalması daha yaxşıdır".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar