Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Zirə" və "Sumqayıt" klubları üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə oyunun gedişatına təsir edən məqamlardan danışıb:
"İlk növbədə "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Kubok oyunları hər zaman çətin keçir. İlk hissədə pis təsir bağışlamadıq, lakin fasilədən sonra yol verdiyimiz səhvlər qapımızda qollarla nəticələndi. İkinci hissədə vəziyyəti dəyişməyə çalışsaq da, Nikola Ninkoviçin aldığı qırmızı vərəqə bütün planlarımızı pozdu".
S.İliç komandadakı eniş dövrü və avrokubok şansları ilə bağlı jurnalistlərin suallarını belə cavablandırıb:
"Mövsümə çox yaxşı başlamışdıq, lakin müəyyən müddətdən sonra eniş yaşamağımız bir reallıqdır. Qarşıda hələ oyunlarımız var və əlimizdən gələni edəcəyik. Lakin turnir cədvəlindəki vəziyyəti və xal fərqini nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq hazırda çox çətin görünür".
Baş məşqçi Nikola Ninkoviçin qırmızı vərəqə almasından və komandadakı ümumi atmosferə də toxunub:
"Nikola Ninkoviçdən gözləntilərimiz həqiqətən böyükdür. O, qırmızı vərəqə alaraq bizi çətin vəziyyətdə qoydu. Bəlkə də psixoloji sıxıntıları var, dəqiq deyə bilmərəm, amma fakt budur ki, o, hələ ki ümidlərimizi doğrultmur. Bununla yanaşı, komandada ciddi intizam problemi olduğunu düşünmürəm. Futbolçular sadəcə verilən tapşırıqları bacardıqları qədər yerinə yetirməyə çalışırlar".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar