Musa Qurbanlı bu mövsüm tədricən öz əvvəlki formasına qayıtmaqdadır.
23 yaşlı hücumçu heç də uğurlu olmayan İsveç karyerasından ("Yurqorden") sonra 2024-cü ilin yayında əvvəlki komandası "Qarabağ"a döndü. Ötən mövsüm bütün turnirlərdə 31 oyuna cəmi 7 qol vurdu ki (6 qol Azərbaycan Premyer Liqasında, 1 qol kubokda), bunu da mərkəz hücumçusu üçün uğurlu nəticə saymaq olmazdı.
Qurbanlı bu mövsümdə isə bütün yarışlarda 26 oyunda meydana çıxıb və artıq ötən mövsümkü qol statistikasına yaxınlaşıb: o, artıq 6 dəfə rəqib qapılarına yol tapıb, 2 qolun isə ötürməsini edib. Amma bu say daha da çox ola bilərdi. Əgər futbolçu mövsümün gedişatında zədələndiyindən düz 6 oyun iştirak ərizəsindən kənarda qalmasa idi.
İstənilən halda 26 oyunda 6 qol yenə də azdır, amma bir fakt da unudulmamalıdır. Musa bu 26 matçın 17-də ehtiyatdan oyuna daxil olub, yalnız 9-unda ilk 11-likdə yer alıb. Ümumən 872 dəqiqə oynayıb. Yəni Qurbanlı orta hesabla hər matçda yalnız 33 dəqiqə çıxış edib.

Maraqlıdır ki, Musa 6 qoldan 4-nü sonradan oyuna daxil olduqdan sonra vurub. Həm də bu, "Qarabağ"ın qələbələrində vacib rol oynayıb. Onlardan birincisi heç şübhəsiz, yayda Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"a qarşı səfər oyununun 85-ci dəqiqəsindəki qələbə qolu (3:1, Bakıdakı ilk matçda 2:3) olmuşdu. O qol sayəsində "Qarabağ" ÇL-də Liqa mərhələsinə vəsiqə qazanmış, sonra da artıq final mərhələsinin "pley-off"una yüksəlməklə özünü dünya futboluna tanıtdırmışdı. Musa Azərbaycan çempionatında sonradan oyuna daxil olduğu "Qəbələ" (2:0), "İmişli" (1:0), nəhayət, dünən "Sabah"a qarşı (3:3) matçlarda da komandasının vacib qollarına imza atıb. Yəni ya "Qarabağ"ın qələbə, ya da məğlubiyyətdən qurtaran qolları vurub.
Adətən, belə oyunçulara "qızıl ehtiyat" deyirlər. Yəni daha çox ehtiyatda otursa da, komandasına çox faydası dəyən oyunçu.
Amma əlbəttə, bu gedişat göstərir ki, Musa İsveçdən qayıtdıqdan sonra öz üzərində həqiqətən yaxşı işləməyə başlayıb. Bu gənc hücumçumuz çoxsaylı tənqid və təzyiqlərdən sonra ruhdan düşməyib, əksinə əsl idmançı iradəsi göstərməyə başlayıb. Heç bir futbolçunun sığortalanmadığı bir-iki mövsümlük uğursuz karyera ilə barışmayıb. Əksinə onun üzərinə bir cəngavər kimi şığıyaraq hələ karyerasının ən parlaq dövrünün qarşıda ola biləcəyinin mesajını verib.
Təəssüf ki, biz eyni sözləri hələlik artıq ABŞ klubunun oyunçusu olan Nəriman Axundzadə barədə söyləyə bilmirik.
Musanın son dövrlər meydanda olduğu hər oyun göstərdiyi əzmkarlıq, mübarizlik, məğlubiyyəti həzm etmək istəməməsi kimi yüksək peşəkar keyfiyyətlər, üstəgəl atası və baş məşqçisi Qurban Qurbanovun etimadını doğruldaraq vacib qollar vurması ən xoş sözlərə layiqdir.
Bu, həm də ona ümid yeri qoyur ki, yaxın gələcəkdə biz Musanın timsalında həm "Qarabağ"da, həm də milli komandamızda inamı doğrulda biləcək yerli hücumçu görə bilərik.
ELNUR,
QOL.az
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -