"Yaxşı məşqçi olmaq istəyirsənsə, ilk növbədə peşəni sevməli və məsuliyyətli olmalısan. Bəzən yorğunluqdan şikayət edirik. Avropa futbolu daim inkişaf edir".
QOL.az "Report"a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Məşqçilərin I Forumunda iştirak edən təcrübəli mütəxəssis işinin peşəkarı olmağın yolunu bu cür göstərib: "Məşqçi kimi çalışmaq vaxt getdikcə çətinləşir. Daha çox keyfiyyəti artırmalıyam. Bu işi sevirəmsə, məsuliyyəti dərk edirəmsə, daim çalışacağam. Bunun üçün şərait də önəmlidir. Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir".
Q.Qubanov qeyd edib ki, futbolçu dönəmində onun da bəzən klub rəhbərliyi ilə arasında narazılıqlarr olub: "Futbolçu olduğum dönəmdə mən də rəhbərlikdən küsmüşəm. İndi bunu futbolçulardan görəndə onları başa düşürəm, yanlarında oluram. Çünki bunları yaşamışam".
"Qarabağ"ın çalışdırıcısı bildirib ki, məşqçi lider olmalıdır: "Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə bir deyim var: komanda qalib gəlibsə, futbolçuların qələbəsidir, uduzubsa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub saxlamalıyıq".
Q.Qurbanov Qarabağ adının önəmindən də bəhs edib:"İşimizin böyük hissəsi legionerlərlə bağlıdır. Onları elə hazırlamalıyıq ki, hansı ölkədə və komandada olduqlarını bilməlidirlər. Qarabağ bizim yaralı yerimiz idi. Amma öz doğma torpaqlarımızı geri qaytardıq. Başqa klublarda işləyə bilərdim. Amma bəlkə də bu məsuliyyət daha çox olmazdı. Qarabağ adı məni də böyütdü. Hər bir legionerə bu ad haqqında məlumatlar verirdik. Onlara Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşmalı olduqlarını da söyləyirik".
Foto: Azərtac
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da