Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Sabah" və "Qarabağ" komandaları qarşılaşıb. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis 3:0 hesablı üstünlüyü əldən vermələrini təcrübə fərqi və konsentrasiya itkisi ilə əlaqələndirib:
"Oyunun belə bir hesabla bitəcəyini məşqçilər heyəti ilə öncədən təxmin etmişdik. Lakin təəssüf ki, 3:0 öndə olub bu üstünlüyü qoruya bilməmək. Burada "Qarabağ"ın təcrübəsi öz sözünü dedi. Son 20 dəqiqədə onlar geri dönüş etməyi bacardılar. Əgər hesabda belə böyük fərqlə öndəsənsə, nəyin bahasına olursa-olsun qələbəni qorumalıydın. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bugünkü oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geri dönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionat oyunlarımız Çempionlar Liqası matçlarından daha gərgin və maraqlı alınır. Bu gün meydanda hər şey vardı: intriqa, dram və yüksək temp".
V.Dambrauskas itirilən xallara görə məyusluğunu gizlətməyib:
"Oyundan qabaq soruşsaydınız, bir xal haqqında fərqli düşünərdim. Amma 3:0-dan sonra biz bir xal qazanmadıq, iki xal itirdik. Buna görə də güzgüyə baxanda məyusluq hiss edirik. Ona görə də "Qarabağ"ı gözəl geri dönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, gələcəkdə belə səhvləri təkrarlamayacağıq".
Baş məşqçi köməkçisinin "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynova qarşı etdiyi qeyri-etik hərəkətə də münasibət bildirib:
"Həmin an mən meydana kökləndiyim üçün hadisəni tam görmədim. Birdə gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. Amma biz artıq üzr istəmişik. "Sabah" klubu olaraq biz heç vaxt belə hərəkətlərə haqq qazandırmırıq. Bizim üçün hörmət və "feyr-pley" qaydaları hər şeydən üstündür".
Xəyal Əliyevin əvəzlənməsi və hakimlik barədə sualları cavablandıran mütəxəssis bunları qeyd edib:
"Xəyalın əvəzlənməsi məcburi idi, sağlamlığındakı problemə görə risk edə bilməzdik. Hakimlərə gəldikdə isə, hər kəs səhv edə bilər. Ümid edirəm ki, bu səhvlər qəsdən olmayıb. Mən öz oyunçularımın səhvlərinə cavabdehəm, hakimlərin qərarlarına isə Hakimlər Komitəsi qiymət verməlidir".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da