"Qəbələ" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis itirilən xalları bəxt amili və hücumdakı kəsərsizliklə əlaqələndirib:
"Bu gün, əslində, 2 xal itirdik. Çox sayda qol vəziyyətlərimiz olsa da, təəssüf ki, onlardan yararlana bilmədik. Lazım olmayan məqamlarda çox sadə qollar buraxırıq, sonra isə oyunu yenidən ələ almağa məcbur qalırıq. Futbolçularımın mübarizəsindən narazı deyiləm, lakin belə bəsit səhvlərə yol vermək olmaz. Bu gün bəxt amilini də qeyd etməliyəm, sanki bəxt bizdən üz döndərmişdi".
K.Sxadadze komandadakı penalti vuran oyunçuların iyerarxiyasına da aydınlıq gətirib:
"Əslində, penaltiləri Seydina Keyta vurmalıdır. Ötən matçda Adriel Ba Lua topu götürdü və vurmaq üçün xahiş etdi, mən də icazə verdim. Amma əsas penalti vuranımız Keytadır, Ba Lua isə ikinci seçimdir".
Baş məşqçi Adriel Ba Luanın formadan düşməsindən danışıb:
"Ba Lua qış təlim-məşq toplanışını demək olar ki, bizimlə keçirmədi. Sənəd və pasport problemlərinə görə ölkəsində proses uzandı və hazırlığa gec qoşuldu. Hazırda son ötürmələrdə və zərbələrdə çatışmazlıqları var, lakin özü də bunun fərqindədir və üzərində işləyir. O, bizim üçün vacib oyunçudur və inanırıq ki, tezliklə əvvəlki formasına qayıdacaq".
Mütəxəssis həmçinin Akinadenin ehtiyatda qalmasından danışıb:
"Son oyunlarda zəif təsir bağışlamışdı. Sanki bir matçda oynayır, sonra onda eniş yaşanır. O, hazırda oruc tutur. Cüssəli futbolçu olduğu üçün belə gərgin qrafikdə oruc tutmaq onun fiziki durumuna təsir edir və çıxışını çətinləşdirir".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı