"Karvan-Yevlax" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Qəbələ" ilə üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Fizuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis çətin səfər matçında qazanılan bir xalın əhəmiyyətini vurğulayıb:
"Çox çətin oyun keçdi. Bura qalib gəlmək üçün ciddi hazırlıqla gəlmişdik. Meydançanın bir qədər sürüşkən olması oyunçularımıza çətinlik yaratsa da, onlar meydanda sona qədər mübarizə apardılar. Hazırkı vəziyyətimizdə bizim üçün hər bir xal qızıl dəyərindədir. Matçın gedişatı elə idi ki, həm qalib gələ bilərdik, həm də məğlub ola bilərdik. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzulayıram".
F.Məmmədov turnir cədvəlindəki geriləmənin səbəblərinə və gələcək planlara da toxunub:
"Cədvəldə rəqiblərimizlə aramızda yaranan xal fərqinin əsas səbəbi zəif oyunlarımız və qələbə qazana bilməməyimizdir. Mən komandaya gəldikdən sonra bəzi qarşılaşmalarda yaxşı futbol sərgiləsək də, müdafiədəki fərdi səhvlər ucbatından xallar itirdik. Bu səhvləri aradan qaldırmaq üçün gecə-gündüz çalışırıq. Çempionat hələ bitməyib, qarşıda bizi çox vacib oyunlar gözləyir. Bilirik ki, vəziyyəti düzəltmək çətin olacaq, amma sona qədər mübarizə aparmağa məcburuq".
Baş məşqçi futbolçuların oyun zamanı vaxt aparması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib:
"Mən belə bir tapşırıq verməmişəm. İnanmıram ki, hər hansı bir peşəkar məşqçi futbolçusuna qəsdən yerdə uzanaraq vaxt aparmağı tapşırsın. Futbolçular bəzən gərgin epizodlarda çox güc sərf etdikləri üçün bərpa olunmaq məqsədilə instinktiv olaraq belə hərəkətlər edirlər, lakin bu, məşqçi göstərişi deyil".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da