"Şamaxı" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Neftçi"ni qəbul edib. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk olaraq "Neftçi" ilə matçı dəyərləndirərək xala layiq olduqlarını bildirib:
"Azarkeşlər üçün maraqlı oyun oldu. Öz meydanımızda məğlub olmamağımız sevindiricidir. "Neftçi" hazırda yaxşı formadadır və böyük komandalara qarşı mübarizə aparmaq həmişə çətindir. Futbolçularım xarakter nümayiş etdirdilər və hesab edirəm ki, bu xala layiq idik. Son dəqiqələrdə ən çox qol buraxan komanda bəlkə də bizik. Amma bu mövsüm ilk dəfə məhz son dəqiqədə qol vura bildik".
Baş məşqçi rəqibin əks-hücum imkanlarından maksimum yararlandığını vurğulayıb:
"Təbii ki, qol buraxılırsa, orada müdafiə səhvi qaçılmazdır. Biz meydanın olduqca təhlükəli hissəsində top itirdik və rəqib bizi sürətli əks-hücumda yaxaladı. Həmin epizodda müdafiəçilərimiz lazımi şəkildə sıxlaşa bilmədilər. Əslində, qarşısını almaq və təhlükəni vaxtında neytrallaşdırmaq mümkün idi".
A.Abbasov qapıların standartlara uyğun olmaması ilə bağlı verdiyi açıqlamaya PFL-in göstərdiyi reaksiyaya sərt etirazını bildirib:
"PFL-in mənə cavab verməsi çox təəssüf doğurur. Məndən əvvəl həmin stadionda (Quba Olimpiya İdman Kompleksi) oynayan bütün məşqçilər etiraz etmişdi, hətta məndən də sərt danışanlar olmuşdu. Təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə etik normaları pozduğumu deyiblər. Amma neçə gündür axtarıram, harada etikadan kənar çıxdığımı tapa bilmirəm. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. Əgər bir problemi 12 sm torpaq tökməklə həll edirlərsə, biz hara gedirik? Biz günahkar axtarmırıq, sadəcə inkişaf etmək istəyirik".
Baş məşqçi həmçinin meydança şəraitinin futbolçuların sağlamlığına təsirindən və Bəhlul Mustafazadənin ağır zədəsindən danışıb:
"Bəhlul Mustafazadənin "Nyukasl"la oyunda aldığı zədənin kökü məhz Quba stadionundan başladı. İndi milli komandanın üzvü 6 ay futbol oynamayacaq. Hər şeyə fikir verməliyik. Mən də çox şey danışa bilərəm, çox arqumentlərim var. Meydançamızı təmizləməyə görə bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizə meydança təmizləyib? Qarda da oynamışıq. Bizə deyiblər ki, bu gün oynamasaz, reqlamentə görə sabah oynamalısız. Amma başqaları sabah oynamadı. Belə şeylərə cavab verməsinlər. Biz nə demişik ki? Dərd orasındadır ki, Qubada oynayan bütün komandalar o qapıya etiraz ediblər. Biz günahkar axtarmırıq, istəyirik ki, düzələk. Özümüzə da deyirəm. İşıqlandırma olmalıdır, meydançanın ot örtüyü dəyişdirilməlidir. Bunu "Turan Tovuz"da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik. Amma biz geriyə gedirik. Nə vaxt sözümüz olsa, deyərik, heç kimdən çəkinəcəyimiz bir şey yoxdur. PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam? Məndən əvvəl danışan məşqçilərin sərt açıqlamalarına cavab verərdilər. Niyə vermədilər?
A.Abbasov qarşıda gələn "Qarabağ"la kubok matçına da toxunub:
"Bərpa olmaq çox çətindir. Futbolçuları inandırıram ki, sıx qrafikdə oynamalıyıq. Dünyanın hər yerində bu cür olur. Bizdə problem odur ki, süni örtüklü meydançada məşq edirik, oynayırıq."Qarabağ"ın gücü hamıya bəllidir. Amma bizim itirəcəyimiz bir şey yoxdur, o oyundan ancaq qazanclı çıxa bilərik". (sportal.az)
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı