"Neftçi" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Şamaxı" ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Ukraynalı mütəxəssis matçın son dəqiqələrində (90+8) qapılarına təyin olunan penalti qərarına və ümumi hakimin qərarına etirazını bildirib:
"Oyun barədə geniş şərh vermək istəmirəm, çünki baş verənlərlə bağlı cavabı müvafiq qurumlar, xüsusilə də Hakimlər Komitəsi verməlidir. Komandamın oyunundan razı qaldım, lakin penalti qərarının düzgün olduğunu düşünmürəm. Görünür, VAR otağı epizodu fərqli qiymətləndirdi. Biz görməsək də, onlar nəsə görməyi bacardılar".
Y.Vernidub hakimlik problemlərinin qlobal xarakter daşıdığını qeyd edərək bu amillərin komandaya psixoloji təsirindən söz açıb:
"Hakimlik problemi təkcə Azərbaycanda deyil, Ukrayna və digər ölkələrdə də mövcuddur. Bu, komandalar üçün həqiqətən məyusedici haldır. Sanki bizim irəli getməyimizi istəmirlər, bizi daim aşağı çəkməyə çalışırlar. Amma biz dayanmayacağıq, üzülsək də, öz yolumuzla irəliləməyə davam edəcəyik. Biz güclüyük, güclülər isə heç vaxt dayanmır".
Təcrübəli çalışdırıcı matçda dubl edərək ön plana çıxan ulduz hücumçu Vensan Abubakarın oyuna sonradan daxil olması məsələsinə də aydınlıq gətirib:
"Abubakar ikinci hissədə meydana daxil oldu və iki qol vurdu. Həm o, həm də Sambu kifayət qədər yaxşı oyun sərgilədilər. Vensanın oyuna qoşulması matçın gedişatında böyük və müsbət dəyişiklik yaratdı".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı