"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 22-ci turunda "Liv Bona Dea Arena"da "Zirə"yə 0:1 hesabı ilə məğlub olmaqları barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında səhvlərə yol verdiklərini etiraf edib:
"Bu gün meydanda başqa komanda gördük. Deyə bilərəm ki, artıq irəli getmişik. Pis oynamadıq. Qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Futbolda belə hallar olur. Qol vurmusansa, sənə qol vururlar. Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Bu gün futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir".
A.Demçenko onun baş məşqçi təyin olunmasından sonra futbolçusu Nuno Rodriqesin az oyun şansı almasına da toxunub. Mütəxəssis "Sizin gəlişinizdən sonra Nuni Rodriqes az oynayır. Bu gün isə öz mövqeyində oynamadı. Sanki fərqli mövqedə çıxış etmək futbolçunun əl-qolunu bağlayır..." fikirlərini belə cavablandırıb: "Mənim üçün əsas olan məşqdir. Futbolçu məşqdə nə göstərirsə, oyunda da onu göstərir. Hansı oyunçu məşqlərdə verdiyim tapşırıqları tez qəbul edirsə, o da start heyətində başlayır. Bu gün Nunoya şans verdik. O da özünü çox yaxşı göstərdi. Biz ondan razı qaldıq".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da