Azərbaycan klubları üçün avrokubokların 2025/26 mövsümü başa çatıb.
QOL.az xəbər verir ki, mübarizəni davam etdirən sonuncu təmsilçimiz - UEFA Çempionlar Liqasının pley-offuna qədər irəliləyən “Qarabağ” 1/8 final şansını İngiltərənin “Nyukasl” klubu ilə matçlarda əldən verib. Qurban Qurbanovun komandası cari mövsümdəki avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub.
Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn “Qarabağ” buna Liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycanın UEFA Gənclər Liqasında 2 komanda ilə təmsil olunmasına səbəb olub. “Qarabağ” Çempionlar Liqası yolunda, “Sabah” Çempionlar yolunda mübarizə aparıb.
Ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə adlayan “Qarabağ” özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014/15 mövsümündən başlayan seriya müddətində 2 dəfə UEFA Çempionlar Liqası, 9 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Konfrans Liqasında əsas raunda yüksəlib.
I turun “Benfika” ilə Portuqaliyadakı oyununda 3:2 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsini qazanıb.
“Benfika” ilə oyunun ən yaxşısı seçilən Pedro Bikalyo Azərbaycan klubunun heyətində UEFA Çempionlar Liqasında matçın oyunçusu seçilən ilk futbolçu kimi tarixə düşüb.
II turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev qələbəsini əldə edib, həm də ilk quruhesablı qələbəni qazanıb.
“Kopenhagen”lə qarşılaşmanın ən yaxşısı seçilən Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında oyunun futbolçusu adına layiq görülən ilk azərbaycanlı futbolçu olub.
IV turda dünya çempionu “Çelsi” ilə Bakıdakı oyunda qeydə alınan 2:2 hesablı heç-heçə Azərbaycan klublarının İngiltərə təmsilçiləri ilə oyunda ilk xalı kimi tarixə düşüb.
VII turun “Ayntraxt”la Bakıda keçirilən oyununda (3:2) qol sevinci yaşayan Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla başa vuran “Qarabağ” 2017/18 mövsümündə qrupda topladığı 2 xaldan 5 dəfə çox xal yığmaqla rekorda imza atıb.
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurmaqla pley-offa vəsiqə qazanıb ki, bu da Azərbaycan futbolu tarixində ilk belə nəticədir.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsi UEFA reytinqində 6 bonus xalı qazandırıb ki, bu da Azərbaycan klublarının avrokuboklardakı ən yüksək qazancıdır.
Elvin Cəfərquliyev “Nyukasl”la ilk matçda (1:6) qol vurmaqla UEFA Çempionlar Liqasının pley-offunda fərqlənən ilk Azərbaycan futbolçusu kimi tarixə düşüb. O, cavab görüşündə də (2:3) rəqib qapısına yol tapmaqla UEFA Çempionlar Liqasının əsas mərhələlərində ardıcıl iki oyun qol vuran ilk azərbaycanlı futbolçu olub.
Kamilo Duran Liqa mərhələsi və pley-offda ümumilikdə 5 qol vurmaqla Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub.
“Qarabağ” UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə ümumilikdə 31 qol vurub ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.
2025/26 mövsümündə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub ki, bu da 2023/24 mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i “Qarabağ”ın payına düşür.
“Qarabağ”ın uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub. Bu, 2023/24 mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidir.
“Qarabağ” cari mövsüm klubun UEFA reytinqinə 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.(pfl.az)
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər